"O, cəmiyyətdə sıradan insan deyil..." - Partiya sədri

img

26-05-2016 [15:28]


"Hazırda Gülər xanımla danışıqlarımız davam edir. Onun bizim partiyaya üzv olmağa meyli var. O, dövlətə, dövlətçiliyə sadiq adam olub. Təəssüf ki, sonradan onu ləkələmək istədilər, qarayaxmaların qurbanı oldu".

Bu fikirləri ölkə.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş millət vəkili Gülər Əhmədovanın onun rəhbərlik etdiyi siyasi təşkilata üzv olacağı haqda yayılan informasiyalara münasibət bildirərkən söyləyib. Hacıyev bildirib ki, Əhmədovanın Müasir Müsavat Partiyasına üzv olmasında maraqlıdır: "İstədilər kiminsə üzünə dursun, Gülər Əhmədova da durmadı və nəticədə həbs edildi. O cəmiyyətdə sıradan insan deyil, sözünü deyən siyasətçilərdən olub. Partiyasında da ona qarşı qərəz olub. Ancaq biz istərdik ki, o bizim partiyanın üzvü olsun. Hələlik hansı postu tutacağı bəlli deyil. Bu, Siyasi Şuranın və İdarə Heyətinin qərarından asılı olacaq".

Xatırladaq ki, G.Əhmədova bir müddət öncə mətbuata açıqlamasında siyasətdən getdiyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA