Elmar Vəliyev “İlin icra başçısı” oldu

img

26-05-2016 [11:20]


Mayın 25-də Bakıda Prezident Administrasiyasının və "The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2016” xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müxtəlif ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə "Avropa Gənclər Paytaxtı” seçilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "İlin icra başçısı” mükafatı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mükafatı Elmar Vəliyevə təqdim edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA