Azərbaycan xarici işlər naziri həmsədrlərlə görüşə hazırdır - XİN

img

25-05-2016 [14:55]


"Vyana görüşündə qeyd edildiyi kimi, hərtərəfli və substantiv danışıqlara başlamaq üçün Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxın vaxtlarda görüşə hazırdır”.

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev amerikalı həmsədr Ceyms Uorlikin prezidentlərin iyun görüşündən əvvəl həmsədrlərin xarici işlər nazirləri ilə görüşmək niyyəti ilə bağlı açıqlamasına cavab olaraq deyib. 

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik  APA-ya açıqlamasında həmsədrlərin prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyə ümid etdiyini açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA