Ərdoğan İlham Əliyevə bu kitabı hədiyyə edib - FOTO

img

25-05-2016 [10:52]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən BMT Dünya Humanitar Sammitinə qatılan ölkələrin liderləri və baş nazirlərinə "Cahan-Pənah (Dünyanın sığınacağı) Osmanlıdan bu günə Humanitar Diplomatiya” kitabını imzalayaraq hədiyyə edib.

Axar.az "Sabah” qəzetinə istinadən xəbər verir ki, kitabda Osmanlı imperiyasından bu günə qədər olan beynəlxalq yardımlarla bağlı 77 sənəd yer alır.

Kitabdakı ən köhnə sənəd isə 1478-ci ildə Fateh Sultan Məhmədin Bosniya ilə bağlı fərmanıdır.

Qeyd edək ki, mayın 23-24-də baş tutan sammitə Prezident İlham Əliyev də qatılıb.
Ərdoğan Əliyevə hansı kitabı hədiyyə etdi? 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA