"Minsk Qrupunun Qarabağ problemini nizamlaya bilməməsini anlamıram" - Ərdoğandan ermənilərə mesaj

img

24-05-2016 [21:59]


"Minsk Qrupunun Qarabağ problemini nizamlaya bilməməsini anlamıram". 

Bu sözləri İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel tarixlərində İstanbulda keçirilmiş XIII zirvə konfransından sonra İƏT baş katibi İyad Madani ilə keçirdiyi müştərək mətbuat konfransındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

XIII zirvə konfransını İƏT-nin tarixində "dönüş nöqtəsi” kimi xarakterizə edən Ərdoğan, əsas diqqət yetiriləcək məsələlər arasında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsini xüsusi vurğulayıb.

"Azərbaycanlı qardaşlarımızın uzun illərdən bəri erməni işğalı altındadır və mən Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa), BMT-nin Azərbaycanın lehinə qəbul etdiyi qərarlara baxmayaraq, 25 ildir ki Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm. Mən azərbaycanlı qardaşlarımızın Qarabağda apardıqları mübarizəni dəstəklədiyimizi təkrar ifadə edirəm”, - deyə, Türkiyə prezidenti qeyd edib.

"Bu məsələdə ciddi addımların atılmasının vacibliyini İslam Əməkdaşlıq Təşkilatı zirvə konfransının bu mətbuat açıqlamasında gündəmə gətirmiş oluruq”, - deyə, Ərdoğan qeyd edib. 

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA