Zakir Həsənov Nəcməddin Sadıqovu təbrik etdi

img

24-05-2016 [17:06]


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Hüseyn oğlu Sadıqovu 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Mia.az təbrikin mətnini təqdim edir: "Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan ordusu qısa müddətdə böyük inkişaf yolu keçmiş, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əcdadlarımızın tarixi hərbi adət-ənənələrini yaşadaraq ölkəmizin müdafiə qüdrətinin artınlmasında böyük nailiyyətlər əldə edib.

Əminəm ki, bundan sonra da xidməti vəzifələrinizi layiqincə yerinə yetirəcək, qarşıya qoyulmuş tapşırıqların uğurla həyata keçirilməsində, ordumuzun inkişafı və daha da qüdrətlənməsi naminə Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ixtisas biliklərinə dərindən yiyələnməsində və hərbi intizamının möhkəmləndirilməsində səylərinizi daha da artıracaqsınız.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA