Ramiz Mehdiyev Çeçenistanda - Azərbaycanlı nazirlə görüşdü (FOTO)

img

24-05-2016 [10:14]


Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya getdiyi xəbəri yayılıb. 

Azərbaycanın rəsmi informasiya qaynaqları səfərlə bağlı hələlik hər hansı məlumat verməsələr də, virtualaz.org saytı bu haqda Çeçenistan Respublikasının səhiyyə naziri, əslən azərbaycanlı olan Elxan Süleymanovun  İnstagram səhifəsində yazdıqlarından xəbər tutub.

Elxan Süleymanov yazıb ki, hava limanında Ramiz Mehdiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini şəxsən qarşılayıb.

Azərbaycan Prezident Administrasiyası rəhbərinin Çeçenistana səfərinin işçi xarakter daşıdığı vurğulanır. 

Xatırladaq ki, bu gün (dünən) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi – Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşmüşdü.

Ramiz Mehdiyev Çeçenistanda -  Azərbaycanlı nazirlə görüşdü


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA