ALDP Müsavat Partiyasına aksiyalarda dəstək verəcək

img

06-04-2010 [01:09]


Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Sədr Aparatının iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ictimai-siyasi vəziyyət, 2010-cu il noyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq və Müsavat Partiyasının sabah Bakı şəhər İcra Hakimiyyəti qarşısında planlaşdırdığı piketə ALDP tərəfindən dəstək məsələsi müzakirə olunub. Sədr Apparatı son aylar ölkədə baş verən ictimai-siyasi vəziyyəti kafi qiymətləndirərək, belə bir şəraitdə parlament seçkilərinə hazırlığın asan olmayacağı qənaətinə gəlib. Bildirilib ki, ölkədə demokratik prinsiplər tam bərqərar olmadığından seçkilərə hazırlıq prosesində şəffaflıqdan danışmaq çətindir. Müsavat Partiyasının planlaşdırdığı piketə gəlincə isə ALDP ?Sərbəst toplaşmaq azadlığı? haqqında qanunda göstərilən bütün müddəaları dəstəklədiyini və buna hər bir partiya kimi Müsavatın haqqı çatdığını bildirib. Qərara alınıb ki, partiyanın gəncləri bu aksiyada müsavatçıları dəstək olsunlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA