"On minlərlər uşağın ölümünə müşahidəçi qalan dövlətlər var" - Ərdoğan

img

23-05-2016 [15:16]


"Bombalardan qaçanlara ölkəmizin qapıları həmişə açıqdır".

Strateq.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən birinci Dünya Humanitar sammitinin açılış mərasimində bildirib.

O deyib ki, qaçqınlar məsələsində dini, irq fərq yoxdur: "2014-cü ildə qaçqınlara 6,4 milyard dollarlıq humanitar yardım göstərmişik. Bu rəqəm hər il artmaqdadır. 3 milyondan çox suriyalı və iraqlı qaçqını ölkəmizdə qonaq edirik. Türkiyəyə qaçqınların gəlməsi prosesi davam edir. Problemin həllinə isə bəzi ölkələr yardım edir.

Humanitar yardım məsələsində sistemi yenidən nəzərdən keçirməyimiz lazımdır. Mövcud sistem bununla bağlı problemlərin həllində acizdir. Hamı bu daşın altına əlini qoymalıdır".

Türkiyə prezidenti bildirib ki, insanlığa qarşı işlədilən əməllərə görə günahkarlar cəzasız qalmamalıdır.

O vurğulayıb ki, humanitar yardımla bağlı ehtiyac artır, ancaq problemin həlli mənbələri dəyişmir: "On minlərlər uşağın ölümünə müşahidəçi qalan dövlətlər var".

Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Pan Ge Muna və əməkdaşlarına təşəkkür edib.

Qeyd edək ki, İstanbulda keçirilən birinci Dünya Humanitar sammiti BMT-nin baş katibi Pan Ge Munun çıxşı ilə açılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA