21-05-2016 [00:36]
Qardaş Türkiyədə gedən proseslər təkcə ölkə daxilinə deyil, xaricə də sıçrayıb. Hazırda bütün dünya Türkiyənin mayın 22-də edəcək seçimdən danışır.
Hakim Ədalət və İnkişaf Partiyasının bazar günü keçiriləcək qurultayında ölkənin ikinci şəxsi və partiyanın sədri seçiləcək. Artıq bu şəxsin kim olacağı müəyyənləşib.
AKP-nin 3-cü sədri və Türkiyənin 65-ci hökumət kabinetinin rəhbəri rabitə və nəqliyyat naziri Binəli Yıldırım olacaq. Əslində qalsa bu ad yeni deyil. Bir il öncə AKP sədrliyinin bir addımlığından geri dönən Yıldırımın Əhməd Davudoğlunun gedişinin ardından bu posta gələcəyi gözlənilən idi. Bu, birbaşa prezident Rəcəb Tayyib Ərdoğanın seçimidir. Türkiyə tarixində ən uzunömürlü-11 il rabitə və nəqliyyat naziri olan Binəli Yıldırımın həyat tarixçəsinə qısa nəzər salaq.
B.Yıldırım 1955-ci ildə Ərzincan vilayətinin Refahiyə rayonunda dünyaya gəlib. İstanbul Texnik Universitetində Gəmi İnşaatı və dənizçilik fakültəsində oxuyub, daha sonra eyni bölümdə magistr təhsili alıb. Dünya Dənizçilik Universitetində ixtisas təhsili də keçib. Gəmi tərsanəsində mühəndis olaraq çalışıb. Daha sonra İstanbul Bələdiyyəsində dəniz sərnişin nəqliyyatı idarəsinə rəhbərlik edib, dəniz nəqliyyatını inkişaf etdirib. Onun işlədiyi dövrdə İstanbulda 29 liman-terminal açılıb. Bu dövrdə hazırkı prezidentlə dostluğunun yarandığı bildirilir.
AKP-nin quruluşunda iştirak edib və partiyanın ilk seçkilərdə namizəd siyahısında olub, İstanbuldan deputat seçilib. Eyni zamanda 58-ci hökumətdə (baş nazir Abdullah Gül) nəqliyyat naziri vəzifəsini tutub. Daha sonra 2007-ci ildə Ərzincan, 2011-ci ildə İzmirdən deputat seçilib. 2014-cü il bələdiyyə seçkilərində İzmir şəhər bələdiyyəsi sədrliyinə namizəd olsa da, seçilə bilməyib. Bundan sonra nazir postuna geri dönməsə də, Ərdoğan ona olan inamını müşaviri təyin etməklə göstərib. Son seçkilərdən sonra isə, Yıldırım əvvəlki işinə, yəni nazir vəzifəsinə qayıdıb.
Heç şübhəsiz ki, Türkiyədə cərəyan edən proseslər ölkəmizdə də maraqla izlənilir.
Bu baxımdan Yıldırım seçimi Azərbaycanda da rəğbət doğurub. Çünki indiki şəraitdə Yıldırımdan ideal namizəd ola bilməzdi. AKP sədri seçilməsinə baxmayaraq, qələbəsi əlindən alınan Yıldırımın partiyadan getməməsi indiki baxış acısından onun keçmişə bir mesajıdır.
Hazırda Türkiyə idarəçiliyində baş nazirin rolunu sıfıra endirib, prezidentliyi önə çəkən Ərdoğana da Yıldırım kimi siyasətlə dərindən maraqlanmayan, prezidentin səlahiyyətlərini artırmağın, konstitusiyada dəyişiklik edilməsinin tərəfdarı olan bir şəxs lazım idi. Çünki baş nazirin rolu qardaş ölkədə davam etdiyi sürəcdə prezident üsul-idarəyə keçilməsinin mümkünsüz olduğu göz önündədir. Hazırkı nazir vəzifəsinə diqqət yetirsək, Yıldırımın baş nazirliyi dönəmində siyasi təşəbbüslərin prezidentin əlində cəmləşəcəyi indidən görünür. Əslində qalsa, Yıldırım seçimi Türkiyəni prezident üsul-idarəyə daha da yaxınlaşdırdı...
B.Yıldırımın zaman-zaman Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla dost olması barədə mətbuatda xəbərlər gedib. Yaxın əlaqələrin hər iki şəxsin nazir olduqları dönəmlərdə daha da möhkəmləndiyi deyilir.
Bu baxımdan Yıldırımın baş nazirliyinin ölkəmiz üçün də önəmli olduğunu indidən ehtimal etmək olar. Əslində qalsa Türkiyə idarəçiliyində sürətlə gedən dəyişiklər, baş nazirin rolunun sıfıra endirilməsi, eyni zamanda, qardaş ölkə olduğunu nəzərə alsaq, ölkənin ikinci şəxsinin kim olması Azərbaycan üçün elə də böyük əhəmiyyət daşımır.
Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanla münasibətlərin nazir səviyyəsində tənzimlənməsi dövrünün Türkiyədə geridə qaldığını bildirdi:
"Prezident daha çox hadisələrə nəzarət edir. Baş nazir seçkisini də birbaşa nəzarətdə saxlayır. Fikirlər üst-üstə düşür və partiyası vasitəsilə Ərdoğan baş naziri asanlıqla dəyişdirə bilir. Prezidentin üzərində formalaşan siyasətdə Yıldırımın gəlişi ilə dəyişikliklərin olacağını düşünmürəm. Yıldırıma gəlincə o, yaxşı məmurdur. Amma heç vaxt təşəbbüskar məmur olmayıb. Nəqliyyat naziri işləyərkən işini yaxşı görən, qulaq asan hökumət məmuru kimi özünü təsdiq edib. Ərdoğanın dediklərini, istədiklərini asanlıqla yerinə yetirəcək baş nazir olacaq. Amma heç vaxt təşəbbüskar olmayacaq. Bu sürəcdə də baş nazirin nələrsə edəcəyini düşünmürəm. Ərdoğan baxımından baş nazirliyə və partiya sədrliyinə Yıldırım uğurlu namizəddir. Amma Türkiyə baxımından əvvəlki kimi müstəqil prezident və baş nazir qurumları olmayacaq. Səlahiyyət bölgüsü zamanı əsas məsələ şəxslərin bir-birindən asılı olmamasıdır. Artıq baş nazir bilavasitə prezidentdən asılıdır. Bunu artıq dərk edirlər. Davudoğlunun timsalında bunu gördülər. Cəmiyyətə məlum olmayan kiçik bir narazılıq Davudoğlunun baş nazir və partiya sədrliyindən getməsi ilə nəticələndi.
Bu onun göstəricidir ki, bundan sonrakı baş nazirlər Ərdoğanın dediklərini yerinə yetirməyəcəkləri təqdirdə, aqibətlərinin Davudoğlu kimi olacağını bilərək, qulaq asan baş nazir olmağa çalışacaqlar. Əvvəlki iki nazir-Ərdoğan və Davudoğlu daha çox siyasi prosesləri, Türkiyənin xarici siyasətini həyata keçirən şəxslər idilər. Bundan əlavə, Abdulla Gül və Davudoğlu xarici işlər naziri vəzifəsindən baş nazirliyə gəlmələri bunu sübut edir. İlk dəfə istehsalatdan gələn bir şəxs baş nazir seçilir. Bu da onu göstərir ki, Türkiyənin xarici siyasətini həyata keçirən, formalaşdıran prezident olacaq. Baş nazir sadəcə icraedici, daxildə vəzifələrini yerinə yetirəcək qurumun başında olacaq. Artıq siyasi deyil, iqtisadiyyat məsələləri ilə məşğul olacaq. Məsələ ondadır ki, artıq Türkiyədə baş nazirlik institutu öz dövrünü başa vurmuş kimi görünür. Müstəqil, dövlətin siyasətində mühüm rol oynayan bu qurum artıq tarixdir”(Musavat.com).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs