Elman Rüstəmova dollar ittihamı - Partiya sədri xəbərdarlıq etdi

img

20-05-2016 [16:21]


«Bu gün Azərbaycan manatla dollar arasında gedən rəqabət süni şəkildə həyata keçirilir. Çünki bu sahəni nəzarətində saxlayan şəxslər var və öz maraqlarına uyğun həyata keçirirlər».

Bu fikirlərin mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dolların məzənnəsinin smüni şəkildə aşağı salınmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dollar monopolimstləri böyük qazanc əldə etmək üçün bu şəkildə vəziyyət yaradıblar: «Bu gün bank sahibləri oliqarx məmurların nəzarətindədir, dollar da ölkənin sərvətini talayan məmurlardadır. Ona görə də içtədikləri kimi, məzənnəni oynadırlar. Hesab edirəm ki, dollar yenədən sürətlə bahalaşhacaq. Elman Rüstəmovun həyata keçirdiyi məzənnə oyunu çox pis nəticələr verəcək. Milləti oynadırlar ki, insanların əlində nə varsa, gətirib bunlara versin, bunlar da kisələrinin başını doldursunlar».



Partiya sədri onu da qeyd edim ki, haram yollarla yığılan pulları yemək mümkün olmayacaq. «Vaxtiylə Qəddafi də milyardalırn sahibi idi, amma axırı bəlli oldu. Ona görə də Elmanlar və onun kimi digər məmurlar haram yollarla xalqdan taladıqları pulu axıra kimi yeyə bilməyəcəklər. Amma ümid edirəm ki, sonda bütün məsələlərə xalqımızın xeyrinə olacaq», - deyə partiya sədri vurğulayıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA