Putin Türkiyə səfərindən imtina etdi

img

20-05-2016 [13:51]


Rusiya Prezidenti Vladimir Putin işlərinin çox olması səbəbindən İstanbulda keçiriləcək Ümumdünya Humanitar Forumuna getməyəcək.

Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dimitri Peskov bildirib. Həmçinin Peskov bu forumda Rusiyanın başqa səviyyədə təmsil olunacağını qeyd edib.

Xatırladaq ki, Humanitar Məsələlərə Dair Dünya Sammiti mayın 23-24-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. BMT-nin baş katibi Pan Gi Mun dünya liderlərini təşkilatın 70 illik tarixində ilk dəfə təşkil olunan dünya sammitində iştirak etməyə çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA