Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar - FOTO

img

19-05-2016 [15:23]


Azərbaycan hərbçiləri Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edirlər.

Mia.az anspress-ə istinadən bildirir ki, beynəlxalq təlimlər mayın 15-dən iyunun 1-dək Türkiyənin İzmir şəhərində Efes-2016 təlimləri çərçivəsində keçirilir.

İzmirin Seferihisar rayonu Doğanbəy bölgəsində keçiriləcək təlimdə Almaniya, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa, İspaniya, İtaliya, Yaponiya, Malayziya, Pakistan, Portuqaliya da iştirak edir. 74 ölkədən müşahidəçi dəvət edilib. Təlimlər zamanı müdafiə şirkətləri də məhsullarını nümayiş etdirəcək.

Bu il mart ayının 7-də isə "TurAz Şahini - 2016" təlimləri baş tutub. Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri iştirak edib. Şahinlər Türkiyənin Konya şəhərində bir araya gəliblər.

İki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edib.

Artıq ikinci dəfə Türkiyədə baş tutan müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd "MiQ-29" qırıcısı, 3 ədəd "Su-25" hücum və "İl-76" hərbi-nəqliyyat təyyarələri iştirak edib.

Türk Hava Qüvvələri isə təlimlərə həm "F-16", həm də "F-4E 2020" terminator təyyarələri, "Cougar AS532" axtarış-xilasetmə helikopterləri ilə qatılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA