Tofiq Yaqublu sərhəddə saxlanıldı - Açıqlama

img

19-05-2016 [15:22]


Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu Azərbaycan-Gürcüstan sərhədində saxlayıblar. 

Bu haqda T.Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, gömrük xidməti əməkdaşları ona ölkədən çıxışına "stop” qoyulduğunu bildiriblər: "Halbuki Bakıda bizə deməmişdilər ki, üzərində "stop” var. Bilmirəm ki, bunu hansı qurum edib.  Həbsdən əfvlə azad olunduğu üçün bu qadağa da avtomatik aradan götürülməli idi. Ailəlikcə Gürcüstana, doğma kəndimizə gedirdik. İndi bizi buraxırlar, atamı yox”. 

N.Yaqublu dedi ki, atası vəkili Nemət Kərimli ilə əlaqə saxlayıb bu məsələni dəqiqləşdirməyə çalışır. Müsahibimiz öz növbəsində ombudsman aparatı, eləcə də müvafiq qurumlarla əlaqə saxlayır: "Bilmək lazımdır ki, konkret hansı qurum "stop” qoyub. Məsələni dəqiqləşdirənə qədər burada olacağıq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA