Mehriban Əliyevanin amnistiya təklifi müsbət dəyərləndirildi

img

18-05-2016 [23:15]



Bildiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib. 

Qeyd edək ki, 10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3500 nəfər məhkum azadlığa çıxacaq. M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.

Bəs bu humanist addımı necə dəyərləndirmək olar və ildə bir neçə dəfə əfv fərmanları verildiyi halda amnistiyaya ehtiyac var? Ümumiyyətlə bu amnistiya siyasi məhbus gərginliyinin bitməsi üçün və vətəndaş sülhü üçün ölkədə tam zəmin yarada biləcəkmi?

2015-12-03-15-41-23hafiz-555.jpg (600×392)

Bu suallarla pia.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib. Partiya sədri qeyd edib ki, Azərbaycanı xaricdə ən çox gözükölgəli edən siyasi məhbus məsələsidir. Bu siyasi məhbus mövzusu ortadan qalxsa, müəyyən mənada barışıq əldə etmək olar:

"Mən Mehriban xanımın bu humanist addımın çox yüksək qiymətləndirirəm. Mehriban xanım xeyirxah işlərlə həmişə məşğul olub və bu gün də xeyirxahlığın göstərməkdədir. Hesab edirəm ki, bu atılan addım həbsdə olan insanlara böyük kömək edəcək. Məndə olan məlumata görə 3000-ə qədər adam cəzacəkmə müəssisələrinən azad olunacaqdır. Xeyirxahlıq həmişə yüksək qiymətləndirilib, təki həmişə xeyirxahlıq olsun. Mehriban xanımın Azərbaycan üçün etdiyi işlər əvəzsizdir. O bu çür xeyirxahlıq əməllərin həmişə davam etdirib və bunan sonra da davam etdirəcəkdir. Biz Mehriban xanımın bu addımın alqışlayırıq.

Mən amnistiyanın hansı şərtlərlə qəbul olunacağın deyə bilmərəm. Həm də siyasi məhbusun kateqoriyası yoxdur ki, bu hansı maddəylə tutulub və siyasi məhbus adlandırılıb. Azərbaycanda müəyyən qüvvələr deyirlər ki, filankəs siyasi məhbusdur, amma elə bir kateqoriya yoxdu. Yəni kim siyasi məhbusdu, kim cinayətkardı hamısın xüsusi maddəylə həbs edirlər. Mən istərdim ki, siyasi məhbus adlandırılan insanların hamısı azad olunsun, çünki onlar Azərbaycan üçün problemə çevrilməsin. Azərbaycanı xaricdə ən çox gözükölgəli edən siyasi məhbus məsələsidir. Bu siyasi məhbus mövzusu ortadan qalxsa, müəyyən mənada barışıq əldə etmək olar.

Bəzi hüquq müdafiəçiləri və Avropada Azərbaycanı istəməyən qüvvələr deyirlər ki, Azərbaycanda 80-90 siyasi məhbus var. Şəxsən mən olsaydım, siyasi məhbusların hamısın azad edərdim. Çünki Leyla, Arif Yunuslar və başqaları azad olundular nə etdilər? Mən İlqar Məmmədovu da, Əli İnsanovu da, başqaların da azad edərəm. Yəni Azərbaycanın ziyanına olan bu işi həll edərəm. Bizə qarşı olan qərəzli mövqeyə son qoyaram. Bu gün ölkəmizdə milli barışığa böyük ehtiyac var. Çünki ərazilərimiz işğal olunub və ermənilər onları müdafiə edən dövlətlərə arxalanaraq torpaqlarımızı vermirlər, yenə də vaxt uzadırlar, heç bir kompramistə gəlmirlər və s. Müharibəni də udmaq ölkədəki milli barışıqdan keçir.

Partiya sədri: "Cənab prezident çalışır ki, millətə kömək etsin, amma onun ərtafında olan bəzi məmurlar oğurladıqları pulları xalqdan çıxartmaq istəyir”.

Mən hesab edirəm ki, bu amnistiyanın özü də bir gedişdir, humasit addımdır. Bu addımları artıqmaq lazımdır. Amma bir tərəfdən belə humasit addımlar atılır, bir tərəfdən də suyun qiyməti qaldırılır. Kimsə aparıb dağıdıb yeyir onu üst-basdır etmək üçün bu çür işlər görürlər. Cənab prezident çalışır ki, millətə kömək etsin, amma onun ərtafında olan bəzi məmurlar oğurladıqları pulları xalqdan çıxartmaq istəyir. Yəni ölkəmizdə bu hallar da var. Bu hallara görə də bu gün milli barışığa çox böyük ehtiyacımız var. Milli barışıq ehtiyacımızı biz həll edə bilsək, Dağlıq Qarabağ məsələmiz də həll olunacaq, gizli anti-dövlət naminə təşkilatlanmanın da qarşısı alınacaq.

Bu gün bütün qüvvələrin hamısı dövlətə qarşı ciddi təşkilatlanma işi aparırlar ki, artıq biz başlamalıyıq və haqqımızı almalıyıq. Yəni ədalətsizlik də var, demirəm yoxdur. Amma hamımız vətən, dövlət naminə bir yerdə olmalıyıq. Amnistiya verilənən sonra da inciklik çox olacaq. İncikliyin əsas səbəbi də məmur, məmur balalarının özbaşınalığı, qanunların işləməməsi, məhkəmələrdə ədalətsizlik və s. Ölkə başçısı və onun xanımı çox ciddi işlər görür, amma ətrafında olan insanlar çürük, satqın, üzə bir söz deyib arxada başqa iş görənlərdir.

Hər-halda bu satqınlıqlara son qoyulsa, böyük kadr, iqtisadi islahatlar aparılsa, heç amnistiyaya da ehtiyac qalmaz. Milli birliyə ehtiyacımız böyükdür. Çünki 30 faiz ölkəni talan eləsin, 20 faiz hazır yesin qalanları da ac qalsın və gündəlik çörəkpulu tapmasın, buna da dözmək olmaz. Yəni ölkəmizdə görüləsi işlər, ciddi problemlər çoxdur. Bu problemlərə diqqət yetirilsə, daha yaxşı olar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA