BAXCP-də parlament seçkilərinə hazırlıqla bağlı müzakirə aparılıb

img

05-04-2010 [03:43]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, İdarə Heyətinin toplantısında partiyanın parlament seçkilərinə hazırlığı ilə bağlı müzakirə aparılıb. BAXCP-nin baş katibi, seçki qərargahının rəhbəri Söhrab Abdullayev bildirib ki, seçkidə iştirak edəcək namizədlərin vahid siyahısının hazırlanması ilə bağlı proses artıq başa çatmaq üzrədir. O, hazırda siyahıda dəqiqləşmələrin aparıldığını, seçki qərargahının namizədlərin müəyyənləşdirilməsi mərhələsini başa çatdırdığını qeyd edib. Toplantıda partiyanın seçki platforması, təbliğat-təşviqat kampaniyasında istifadə olunacaq vəsaitlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA