ümid Partiyasi namizədlərini müəyyənləzdirməyə bazladı, 31 namizəd artıq bəllidir

img

29-03-2010 [05:34]


Bu gün Ümid Partiyasi Rəyasət, Heyətinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ilk olaraq ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Daha sonra 2010-cu il Milli Məclisə seçkilər, Ümid Partiyasının seçkidə iştirak forması və s. ilə bağlı fikir mübadiləsi aparılıb. Partiya daxilində namizədliklərini irəli sürmüş 70-dən çox şəxsin tərcümeyi-halı, partiya daxilində xidmətləri və namizəd olmaq istədikləri dairə ərazisindəki mövqeləri araşdırılıb. Onların içərisindən 31 nəfərin namizədliyi partiyanın rəyasət heyətinin qərarı ilə dəqiqləşdirilib. Qeyd edək ki, növbəti mərhələdə yenə də namizədliklərini irəli sürmüş şəxslərin iştirak edib etməmələri ilə bağlı qərarlar gözlənilir. Partiya rəhbərliyi növbəti toplantısını həftənin çərşənbə günü keçirməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA