“Qarabağ problemi həll olunacaq” - ABŞ-dan Prezidentlərin iyun görüşü haqda sensasion anons

img

18-05-2016 [15:24]


"ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan iyun görüşü hamımızın həll etməyə çalışdığı məsələyə - Qarabağ probleminin hərtərəfli həllinə səbəb olacaq”.

Bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Yerevanda keçirilən ABŞ-Ermənistan biznes-forumunda çıxışı zamanı deyib. Səfirin sözlərinə görə, Vyanadan alınan xəbərlər çox ümidvericidir. "Bu əsl nailiyyət idi, çünki hər iki tərəf 1994-1995-ci il müqaviləsinə sadiq olduqlarını təsdiqləyib”.

Milz son hadislərin fonunda həmsədrlərin səylərini daha da artırdığını vurğulayıb.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA