İlham Əliyevdən sərt addım: “DQR” nümayəndəsinin danışıqlarda iştirakına icazə vermədi

img

18-05-2016 [14:54]


Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi Vyanadakı görüşdə iştirak etmirdi, çünki bunu Azərbaycan istəmirdi.

Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim Respublikaçılar partiyasından Ermənistan parlamentinin deputatı Artak Davtyan deyib.

Deputat bildirib ki, erməni tərəfi Qarabağın danışıqlarda tərəflərdən biri olmasını istəyir. Lakin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş şərtlər üzündən separatçıların nümayəndəsi görüşdə iştirak etməyib.

Davtyanın sözlərinə görə, Vyanadakı görüşün baş tutması üçün Azərbaycanın mövqeyinin diqqətə alınması zəruri idi.

"Bakının mövqeyi nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı və bu əvvəlcədən bildirilmişdi”, - Davtyan əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA