“Türkiyə qaydalara deyil, qanunlara görə davranarsa,…” – Ərdoğanın hədəsinə Avropadan reaksiya

img

17-05-2016 [22:15]


Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Türkiyə ilə sərbəst viza prosesində yaşanan gərginliklə bağllı açıqlama verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tusk "Aİ öz üzərinə düşəni yerinə yetirməyə hazırdır. Türkiyə qaydalara deyil, qanunlara görə davranarsa, işbirliyimizin gələcəyinə əminəm", – deyə, bildirib.

Xatırladaq ki, Türkiyədə prezident Ərdoğan səviyyəsində viza məsələsi ilə bağlı razılaşmanın yubadılmasına görə Avropa İttiqfaqı ittiham olunub.

Hətta Ərdoğan bu günlərdə "Əgər Avropa üzərinə düşənləri etməsə, o zaman Suriya qaçqınlarını geriyə göndərəcəyik", – deyə, Avropanı hədələmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA