“Aprel döyüşlərində 800 hektar ərazi itirdik…” – Sarkisyandan etiraf

img

17-05-2016 [17:11]


Erməni tərəfi apreldə Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi zamanı Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zonasında 800 hektar itirib, lakin vacib olan insanları qorumaq idi və yekunda erməni hərbçiləri bu tapşırığın öhdəsindən gəldilər.

Bunu Vyana danışıqlarından qayıdarkən təyyarədə erməni jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan bildirib. Lakin oŞ əlavə edib ki, bu ərazilər strateji və taktiki baxımdan əhəmiyyət daşımırdı:

"Təhlükəsizlik zonası qismində 800 min hektara nəzarət edən erməni qüvvələri 800 hektar itirdilər. Strateji baxımdan bu ərazilərin heç bir əhəmiyyəti yoxdur, lakin psixoloji baxımdan azərbaycanlılar öz xalqlarını hansısa uğura nail olduqlarına inandıra bilərlər”.

Ermənistan prezidenti deyib ki, bu əraziləri geri qaytarmaqdan ötrü 30-40, yaxud 80 "patriotu” qurban verməyə dəyməzdi.

Bununla yanaşı Sarkisyan qeyd edib ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyev erməni tərəfini apreldə hərbi əməliyyatlara başlamaqda ittiham edib. O həmçinin bildirib ki, Azərbaycan sərhədyanı insidentlərin araşdırılması üzrə mexanizmlərin tətbiqi haqqında təkliflə razılaşıb.

Azpolitika.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA