17-05-2016 [16:14]
NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimovun vəkili Elçin Sadıqov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya müraciət edib.
Bu haqda vəkil məlumat verib. Müraciəti təqdim edirik:
Hörmətli Elmira xanım!
Mən, vəkil Elçin Sadıqov 10 may 2016-cı il tarixdə zorakılıqla həbs edilmiş gənclər-İbrahimov Qiyas Həsən oğlunun və Məmmədov Bayram Fərman oğlunun müdafiəçisiyəm.
Hər iki şəxs tutulan andan 13 may 2016-cı il saat 15.00-a, yəni Bakı İstintaq Təcridxanasına aparılana qədər davamlı, ağır, ağılasığmaz işgəncələrə, nalayiq formada şəxsiyyəti alçaldan rəftarlara və qeyri-insani rəftarlara məruz qalıblar.
12 may 2016-cı il saat 10.40-11.00 radələrində gənclərin Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinin qarşısını (ora eyni zamanda Nərimanov rayon polis idarəsinin həyətidir) xəkəndaz-süpürgə ilə süpürməyə, yerdən siqaret kötüklərini yığmağa məcbur edildiklərinin şəxsən şahidi olmuşam.
Gənclərə işgəncə verilməsi ilə bağlı halların araşdırılması barədə Xətai Rayon Məhkəməsinin hakimi cənab İbrahim İbrahimli qərar qəbul etməsinə və dərhal həmin qərarı prosessual rəhbərliyi həyata keçirən prokurora verməsinə baxmayaraq prokurorluq nəinki bu işgəncə halını araşdırmamış, həmçinin onun qarşısını almamış 12 may 2016-cı il tarixdə məhkəmənin qərarından sonra gənclər yenidən Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilib və onlara daha dəhşətli işgəncələr verilib.
Bu halı onların bədənlərində olan xəsarət izləri və özlərinin ifadələri tam sübuta yetirir.
Bundan başqa mən Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinin içərisini və həyətini müşahidə edən təhlükəsizlik kamera lent yazılarının bir surətinin mənə, prokrorluğa və cinayət işini aparan müstəntiqə verilməsini tələb etsəm də bu günə qədər müraciətimə heç bir cavab yoxdur.
16 may 2016-cı il tarixdə hüquqlarını müdafiə etdiyim gənclərlə görüş zamanı onların bədənləri üzərində işgəncə izlərini şəxsən görüb təcridxananın əməkdaşlarına göstərdikdən sonra bildirdilər ki, həkim çağırıb müayinə edəcəklər.
Həmçinin həmin vaxtı gənclərin bədənləri üzərində olan xəsarətləri həmin vaxt orada olan başqa vəkillər də gördülər.
Xətai Rayon Məhkəməsinin qərarından artıq 6 gün keçməsinə baxmayaraq prokurorluqda bu işgəncə halını araşdırmalı olan məsul şəxs mənimlə və gənclərlə görüşməyib.
Hesab edirik ki, heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyaqətini alçaldan rəftara məruz qalmasına əsas ola bilməz.
Azərbaycan Hökumətinin qoşulduğu beynəlxalq müqavilələr üzrə öhdəliyi ondan ibarətdir ki, işgəncə halını dərhal (isti izlərlə) araşdırmalı, işgəncə verən şəxslərin şəxsiyyətini müəyyən etməli və onları cinayət məsuliyyətinə cəlb edib cəzalandırmalıdır.
Göstərilənlərə əsaslanaraq xahiş edirəm ki, Bakı İstintaq Təcridxanasında saxlanılan İbrahimov Qiyas Həsən oğlu və Məmmədov Bayram Fərman oğlu ilə mənim iştirakımla dərhal görüşəsiniz, onları video və foto kameradan istifadə etməklə müayinə edəsiniz.
İstənilən vaxt sizinlə Bakı İstintaq Təcridxanasına getməyə hazıram”.
E.Sadıqov məktubun poçtla gec çatacağını, həmin vaxta qədər xəsarətlərin bir hissəsinin sorulma ehtimalının olmasını nəzərə alaraq açıq şəkildə yaymağı qərara aldığını deyib.
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi