"İrəvanın hədəfi bölgədə geosiyasi qarışıqlıq yaratmaqdır" - Ekspertdən Naxçıvanın vurulmasına reaksiya

img

13-05-2016 [10:45]


"Ermənistanın Dağlıq Qarabağ istiqamətində atəşkəsi pozmaqda məqsədi Azərbaycan ordusunun mümkün hücumlarından özünü qorumaqdır. Halbuki, erməni separatçılarının bu strategiyası artıq işə yaramır".

Mia.az xəbər verir ki, bunu "Atlas" Araşdırma Mərkəzinin rəhbəri, pollitoloq Elxan Şahinoğlu ötən gün ermənilərin Naxçıvanın Şahbuz rayonunu atəşə tutması nəticəsində bir nəfərin yaralanmasına münasibət bildirərkən deyib.

Eksperin sözlərinə görə, Naxçıvandan Ermənistana heç bir təhlükə yoxdur:

"Demək, Naxçıvanı atəşə tutmağın hərbi məqsədi yoxdur, İrəvanın hədəfi bölgədə geosiyasi qarışıqlıq yaratmaqdır. İrəvan Naxçıvanın təhlükəsizliyinin təminatçısı Türkiyənin əsəblərini – Ankaranın reaksiyasını yoxlayır. İrəvan düşünür ki, əgər Qarabağ istiqamətində Azərbaycan ordusu ilə bacarmayacaqsa, heç olmazsa bölgədə Türkiyə-Rusiya qarşıdurması yaransın. Düşünürlər ki, bu halda Rusiya açıq-aşkar Ermənistanı müdafiə edəcək və Kremlin Azərbaycanla tərəfdaşlıq münasibətləri pozulacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA