"Mən hələ də YAP-ın sıralarından çıxarılmamışam" - Sabiq deputat

img

12-05-2016 [16:41]


Keçmiş deputat, 1995-2000-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olmuş və hazırda Londonda yaşayan Rza İbadov maraqlı müsahibə verib.

Mia.az Modern.az-a istinadən həmin müsahibəni təqdim edir:

– Rza müəllim, YAP icra katbinin müavini Siyavuş Novruzov sizin bu yaxınlarda Azərbaycana gəlib və geri döndüyünüzü deyib. Sonucu dəfə Bakıda nə zaman olmusunuz?

-Mən 2015-ci ilin noyabrında Azərbaycana gəlmişdim. İki həftə Bakıda qaldıqdan sonra Londona geri döndüm.

-Bakıya səfəriniz hansı xarakter daşıyırdı, kimlərlə görüşdünüz?

-Azərbaycana qohumlarımı, dostlarımı, yaxınlarımı görmək üçün gəlmişdim. Yəni səfərim daha çox şəxsi xarakter daşıyırdı.

-YAP-a yenidən üzv olmaq və Azərbaycanda aktiv siyasətə qayıtmağı düşünürsünüz?

-Mən hələ də YAP-ın üzvüyəm. Partiya sıralarından çıxarılmamışam. Yenidən aktiv siyasətə qayıdıb-qayıtmayacağımı zaman göstərəcək. Həyatda hər şey qismət işidir.

-Qarabağ cəbhəsindəki son hadisələri izləyirsinzimi?

– Əlbəttə, cəbhədəki son hadisələri diqqətlə izləyirəm. Azərbaycan ordusunun qələbələri ilə qürur duyuram.

-Londonda hazırda hansı sahədə çalışırsınız?

-Daşınmaz əmlak biznesi ilə məşğulam. Bu sahədə özəl bir şirkətim var.

-Yaxın gələcəkdə həmişəlik Bakıya dönmək, Azərbaycanda yaşamaq niyyətiniz varmı?

– Təbii ki, vətənim Azərbaycanı çox sevirəm. İnşallah bir gün həmişəlik geri dönəcəyəm.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA