"Biz böyük güclərlə savaşırıq" - Deputat Adil Əliyev

img

12-05-2016 [16:30]


"Unutmamalıyıq ki, "Bişkek protokolu" əsasında atəşkəs bizə çox şey qazandırdı. Hər şeydən öncə vaxt udduq. Düzdür, torpaqlarımız geri qayıtmayıb, ancaq düşmən o torpaqları sona qədər əlində saxlayamacağını dərk etdi".

Mia.az xəbər verir ki, bu sözləri "Feysbuk"da deputat Adil Əliyev yazıb.

O, bildirib ki, biz təkcə Ermənistanla deyil, güclü dövlətlər və böyük maliyyə ilə savaşırdıq:

"Atəşkəsdən sonra Azərbaycan özünə gəldi, daxildə güclü sabitlik yarandı, etnik separatçılığa meyilli qüvvələr zərərsizləşdirildi, bir sıra qlobal səviyyəli iqtisadi sazişlər imzalandı, beynəlxalq şirkətlər ölkəmizə investisiya qoydular. Azərbaycana xarici valyutanın daxil olması nəticəsində güclü ordu yaratdıq. Əgər sabitlik olmasaydı, heç bir xarici şirkət ölkəmizə investisiya qoymazdı. Ölkənin xarici siyasətində baş verən ciddi dönüşlər isə xüsusilə qeyd olunmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan mürəkkəb regionda yerləşir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA