"Gərginliyin azaldılması ilə bağlı..." - Putinin sözçüsündən Qarabağ açıqlaması

img

12-05-2016 [14:35]


"Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması ilə bağlı hər bir addımı alqışlayır”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü ilə bağlı suala cavabında deyib.

O, görüşün keçirilib-keçirilməyəcəyi haqda məlumata malik olmadığını söyləyib. D Peskov bildirib ki, Rusiya münaqişənin deeskalasiyası və tərəflərin dialoqa qayıtması ilə əlaqədar atılan addımları alqışlayır(APA).

Qeyd edək ki, Rusiyanın "İnterfaks" agentliyi mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyini xəbər verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA