"Münaqişənin həlli ABŞ üçün prioritet deyil" - ABŞ-ın sabiq səfirindən gözlənilməz açıqlama

img

12-05-2016 [10:31]


ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynamaq istəmir. 

Mia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.

Brayzanın sözlərinə görə, Rusiya bu məsələdə daha aktiv rol oynayır: "Prezident Obama son 20 ildən artıq müddətdə təmas xəttində baş verən ən böyük gərginliklə əlaqədar bəyanatla çıxış etməyib”. 

Sabiq səfirin fikrincə, bununla da ABŞ Rusiyaya regionda liderlik etməyə imkan verir ki, bu da Vaşinqtonun səhvidir. 

Brayza əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərilməlidir, lakin belə görünür ki, bu münaqişənin həlli ABŞ üçün prioritet deyil. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA