isa Qəmbər ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdazları ilə görüzüb

img

02-04-2010 [06:45]


Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın başqanı İsa Qəmbərlə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşları Coana Qanson və Ceymi Smit arasında görüş keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə qarşıdan gələn parlament seçkiləri, Seçki Məcəlləsi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, həbsdə olan jurnalist və bloggerlərin indiki durumu, Qarabağ problemi mövzusunda müzakirələr aparılıb. Görüşdə həmçinin ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri və bir sıra regional proseslər barədə də fikir mübadiləsi edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA