Fazil Qəzənfəroğlu: ?Azərbaycan müxalifəti xaricdən dəstəklənirsə, bunun günahı hakimiyyətdədir?

img

27-03-2010 [01:49]


?Azərbaycan müxalifətinin hər hansı bir şəkildə ittiham olunması istiqamətində fikirlər səsləndirilə bilər. Hakimiyyətin bunu siyasi mübahisədə istifadə etməyə müəyyən dərəcədə əsası və ya taktiki seçim haqqı var. Ola bilər ki, müxalifət hakimiyyət nöqteyi nəzərdən zəif görünsün. Amma müxalifət bütövlükdə cəmiyyətin müəyyən dərəcədə proseslərin aparılması üçün faydalı ola biləcək gücdür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə YAP yetkilisi Əli Əhmədovun müxalifəin xaricə işləməsi ittihamına münasibət bildirərkən BQP sədri, deputat Fazil Qəzənfəroğlu deyib. Deputat bildirib ki, Azərbaycan müxalifəti xaricdən dəstəklənirsə bunun günahı hakimiyyətdədir: ?Bu səbəbdən hakimiyyətdədir ki, siyasi partiyaların maliyyələşməsi dəstəklənməsi məsələsinə əhəmiyyətsiz bir məsələ kimi yanaşanda siyasi qüvvələr hardan dəstəklənməlidir? Ölkə içi resursları qapadanda, dövlətin partiyalara dəstəyini aradan qaldıranda, siyasi partiyaların öz siyasi fəaliyyəti üçün xaricə üz tutması hansısa bir qəbahət ifadə etməsi əsas olmur. Hakimiyyətin hər hansı bir fikir səsləndirməsi siyasi rəqabətdə, mübarizədə bir metod olaraq normal qarşılayıram. Müxalifətin hüquqi statusunu tanıyıb ölkə üçün faydası üzərində düşünmək lazımdır. Bu olarsa, müxalifətin özündə də bir qrup müxalifət anlayışı ancaq nifrət üzərində qurulan anlayışdan çıxaraq daha yaradıcı və qurucu istiqamətdə formalaşması özünü göstərəcəkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA