PA-dan Qarabağ açıqlaması: "4 günlük müharibə..."

img

10-05-2016 [16:39]


"Azərbaycan diplomatiyasının beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti əsas olaraq Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsinə köklənib”.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, səfir Novruz Məmmədov deyib. 

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün mütləq təmin ediləcəyi və düşmənə bir qarış da olsun torpaq verilməyəcəyini açıq bildirib: "Aprel ayında olan 4 günlük müharibə bu aspektdə dünyaya və Ermənistan rəhbərliyinə çox məqamları çatdırdı”.

PA rəsmisi əlavə edib ki, Azərbaycan son 10 ildə enerji sahəsində strateji əhəmiyyətli addımlar atdı: "Bakı bir neçə layihələrin təşəbbüskarı olaraq qlobal miqyasda enerji təhlükəsizliyinin əsas təminatçılarından biri statusuna yüksəldi. Bu barədə ABŞ və Aİ rəsmiləri dəfələrlə fikirlərini bildiriblər. Şübhə yoxdur ki, bundan sonra da Azərbaycan Prezidenti xarici siyasətdə yeni-yeni uğurlara imza atacaq. Ulu Öndərin əsasını qoyduğu xarici siyasət kursu ölkəni yeni zirvələrə yüksəldəcək”. 

AzVision.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA