Azərbaycanın 12 hakimi ?həbsxana?ya salındı

img

02-04-2010 [04:46]


Futbol üzrə Unibank Premyer Liqasının XXVI turundan etibarən oyunlara dəvət alan ümumilikdə 12 baş hakim və ehtiyat hakim ?həbsxana rejimi?ndə saxlanılacaq. Lent.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqası və AFFA Hakimlər Komitəsi qərar qəbul edib. Qərara əsasən, hər turun şənbə və bazar günləri keçiriləcək 6 oyununa təyinat alan hakimlər cümə axşamından məlum olacaqlar. Lakin onların adları açıqlanmayacaq. Hakimlərin özlərinə də konkret hansı matçları idarə edəcəkləri bildirilməyəcək. Bundan sonra qarşıdakı turun baş hakimləri və ehtiyat hakimləri ətraf aləmdən təcrid olunaraq, otellərdə saxlanılacaqlar. Bu müddətdə onların mobil telefonları əllərindən alınacaq və xüsusi mühafizə altında saxlanılacaqlar. Onlar ailələrindən qaldıqları otellərdəki telefonlar vasitəsilə xəbər tutacaqlar. Oyun günü isə hakimlər briqadası xüsusi nəzarət altında təyinat aldıqları qarşılaşmalara yollanacaq. Bu addım hakimlərə qarşı oyunqabağı edilən təzyiqlərin qarşısını almaq və ədalət təmsilçilərinin oyunlara normal şəraitdə hazırlıqlarını təmin etmək məqsədilə atılıb. Mövsümün sonunadək hakimlər belə şəraitdə saxlanılacaqlar. ?Həbsxana rejimi?nə ?Xəzər-Lənkəran? və ?Qarabağ? arasında keçirilmiş Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşündən sonra cəzalandırılan Vüsal Əliyev və Unibank Premyer Liqasının XXV turunda ?Xəzər-Lənkəran? ? ?Neftçi? matçının ardından 3 oyunluq diskvalifikasiyaya məruz qalan Əfqan Həmzəyev salınmayıb. Qeyd edək ki, eyni hal ötən mövsümün son turlarında da baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA