09-05-2016 [15:59]
"Suriyada İŞİD terror təşkilatıyla mübarizə etdiyini söyləyənlərin heç biri nə bizim qədər təşkilata zərbə vurub, nə də əvəz ödəyiblər. Əksinə, bir tərəfdən canlı bombalarla, digər tərəfdən Kilisə yönəlik hücumlarla canımızı yaxan təşkilata qarşı mübarizəmizdə bizi tək buraxıblar. Ankara və İstanbulda partlayan bombalara verilən reaksiyalarla Parisdə, Brüsseldə baş verənlərə münaşibət arasındakı fərq ədalətsizliyin maddiləşmiş halından başqa bir şey deyil”.
Strateq.az xəbər verir ki, bu acı etirafı Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan dilə gətirib.
İştirak etdiyi bir toplantıda çıxış edən Ərdoğan BMT TŞ-nın bostanına da daş atıb. O, dünyada 1.7 milyard əhalisi olan İslam dünyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında yer almamasını qınayıb:
"Din olaraq yalnız xristianların meydana gətirdiyi bir şura var. 1,7 milyon müsəlmanın olduğu bu dünyada orada heç bir müsəlman ölkə yoxdur. "Əfəndim, elə şeymi olar, müvəqqəti şura üzvlərinin içində müsəlman üzvlər var axı”-deyə bilərsiniz. Amma onların heç birinin səlahiyyəti yoxdur. Onların mövqeyi həlledici deyil. Kimi aldadırsınız, kimi dolayırsınız?”.
Ərdoğan bu vəziyyətə laqeyd qalmayacaqlarını bildirib:
"Amma biz bunu səsləndirməyə davam edəcəyik. Səsləndirmədən bu məsələ öz həllini tapmaz. Söyləyə-söyləyə, danışa-danışa, anlada-anlada tez ya gec 5 ölkənin xaricindəki 190 ölkənin də orada təmsilçiliyini təmin edəcəyik”.
Prezident BMT Təhlükəsizlik Şurasının nizamnamə tələblərinə də kəskin münasibətini ortaya qoyub:
"Hal-hazırda 5 daimi üzvdən biri Suriya məsələsində "xeyr" deyərsə, hər hansı bir addım atılmaz hala gəlir. Belə bir ədalətmi olar? Siz belə bir Təhlükəsizlik Şurasından ədalət gözləyə bilərsinizmi? Özümüzü niyə aldadırıq? Həzrəti Ömər "əl-ədlü əsasül-mülk” deyir. Yəni, mülkün əsası, təməli ədalətdir. Bəziləri bunu mal-mülk mənasında anlayır. Əslində qəsd edilən o deyil. Oradakı mülk ifadəsi dövlətdir. Yəni dövlətin əsası ədalətdir, təməli ədalətdir. Əgər ədalət yoxdursa, o dövlətin ayaqda dayanması mümkün deyil. Onun üçün ədalət üzərinə qurulan bir dövlət əsl hədəf olmalıdır".
Ərdoğanı "cin atına mindirən” Suriyada son zamanlar Türkiyənin əleyhinə çevrilən oyunlardır. İŞİD-ə qarşı beynəlxalq güclərlə birgə mübarizəyə hazırlaşan qardaş ölkə oyunların tərsinə çevrilməsi sürpriziylə qarşılaşdı.
Plana görə, İraqda Mosulun İŞİD-dən azad edilməsi hərəkatı başlayacaq, terror təşkilatının diqqəti o istiqamətə yönləndiriləcəkdi. Türkiyə isə həm Şimali İraqa dəstək məqsədilə bu coğrafiyaya hərbi qüvvələrini göndərəcək, həm də Suriyadakı özünə yaxın müxalifləri dəstəkləyərək İŞİD-ə qərbdən zərbə vuracaqdı.
Qardaş ölkə özünə yaxın qüvvələrlə "təhlükəsiz bölgə” adlandırdığı coğrafiyanı İŞİD silahlılarından təmizləmə əməliyyatına başladığı bir zamanda İraq cəbhəsində vəziyyət dəyişildi. Mosul əməliyyatı effektli nəticə vermədi, əksinə rəsmi Bağdad siyasi böhranla çalxalandı. Nəticədə Suriyadakı qüvvələrini əvvəl İraqa çəkən İŞİD yenidən toparlanıb "təhlükəsiz bölgə”də itirdiklərini geri almağa başladı.
Məsələ bununla da bitmədi. İndi "xilafət” silahlıları həmin bölgədən Türkiyənin Kilis şəhərini "katyuşa” atəşinə tutur. Bu zamana qədər Kilisə atılan raketlər onlarla türk vətəndaşının ölümünə səbəb olub. İŞİD isə getdikcə Türkiyəyə yaxınlaşır. Məlumatlara görə, "xilafətçilər” artıq sərhəddin 10 km-liyinə qədər əraziləri ələ keçiriblər. Bu isə Türkiyəyə daha qısa mənzilli raketlərin atılması mənasına gəlir.İŞİD təhlükəsini yox etmək üçün türk ordusu onları ən azı sərhəddin 25 km-liyinə qədər püskürtməlidir. Bunun üçün isə Suriyaya daxil olmalı, hava qüvvələriylə prosesə müdaxilə etməlidir.
Qardaş ölkənin bu istəyinə isə Rusiya imkan vermir. Təyyarəsinin vurulmasını bəhanə edən Moskva öz hərbi gəmilərini Aralıq dənizinə göndərib, Türk Silahlı Hava qüvvələrinin Suriya sərhədlərini pozarsa, S-300 raketləriylə vuracağını açıq bəyan edir. Bu durumda Türkiyənin öz təhlükəsizliyi üçün Suriyaya müdaxilə etməsi Rusiyayla müharibə anlamına gəlir.
Türkiyənin müttəfiqi olan Qərb ölkələri isə Ərdoğanın dediyi kimi, Rusiyayla savaşa girməyi gözə almırlar. Hətta dünyanın super gücü sayılan ABŞ öz gəmilərinin üzərinə gəlib təhdid uçuşları keçirən rus təyyarələrini izləməklə işini tamamlanmış sayır.
Qısası, Türkiyə öz sərhədlərini effektli müdafiəsində belə əlləri-qolları bağlanmış vəziyyətdədir. Ermənilərlə təmas xəttində son zamanlar yaranan gərginlikdə Rusiya qarşı tərəfin yanında yer alarsa, Türkiyənin də bizə kömək edəcəyini düşünənlər bu amilləri nəzərdən qaçırmamalıdır…
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR