"Ermənilər düz fikirləşirlər, hücum olacaq" - Azərbaycanlı deputatdan xəbərdarlıq

img

07-05-2016 [23:48]


"Ermənistan və dünya erməniləri böyük vahimə içindədirlər. Onlar qorxu içində mayın 8-də Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş zonada Ermənistan ordusuna qarşı hücümunu gözləyirlər”.

Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, fikrini belə davam etdirib:

"Yəqin bu axşam Ermənistanda və işğal edilmiş zonada heç kim yatmayacaq, neçəsinin adi bir şıqqıltıdan ürəyi partlayacaq. Sonradan onları da "genosid siyahısına" əlavə edəcəklər.

Amma, onlar düz fikirləşirlər, hücum olacaq. Mayın 8 -i olmasa da, 9-da, 10-da, hansısa bir gündə mütləq olacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməkdən inadkarlıqla imtina etdikdə Azərbaycanın hərbi yoldan başqa çıxış yolu qalmayacaq.

Onun tarixini isə saytlarda xəbərlər vasitəsi ilə elan etməyəcəklər. Ermənistan bir də görəcək Azərbaycan bayrağı Xankəndində, Şuşada asılıb”.

AzVision.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA