07-05-2016 [17:37]
Mərhum prezident Heydər Əliyev hqqqında ən etibarlı mənbə elə Heydər Əliyevin özüdür. Onun siyasi obrazı heç bir dövrdə, heç bir şəraitdə büdrəməyən bir məntiqin üzərində dayanır.
Mia.az 28-may.az-a istinadən mərhum Heydər Əliyevin "Dövlətnəşrkom''un sabiq sədri Nazim İbrahimova tapşırdığı maraqlı bir hadisəni təqdim edir:
"Moskvaya, yeni təyinatla bağlı yola düşərkən Heydər Əliyev Nazim İbrahimova L.İ.Brejnev və onun Azərbaycana son səfəri haqqında kitabın ('' Respublika bayrağında üçüncü Lenin ordeni'') nəşri ilə məşğul olmağı tapşırır. 1982-ci ilin sonu - 1983-cü ilin başlanğıcında İbrahimov gələcək kitabın materiallarının hazırlayıb Moskvaya yollanır, mehmanxanada yer alıb, H.Əliyevin qəbul otağına zəng vurur.
H.Əliyev onu yubatmadan qəbul edir.İki saata yaxın hazırlanmış materialları nəzərdən keçirir, bütövlükdə razı qalır və SSRİ ''Dövlətnəşrkom " rəhbərliyilə kitabın Moskvada 50 min nüsxəlik,hətta o dövrə görə də böyük tirajla çap olunması barədə şərtləşməyi tapşırır.
''Bir qədər sonra mən Dövlətnəşrkom sədri Nenaşevin kabinetində əyləşmişdim, - Nazim müəllim xatırlayır.
Hansı niyyətlə hüzuruna gəldiyimi biləndə ikiəlli başından yapışdı:
- Siz nə danışırsınız? Bu mümkün deyil! Siz Leonid İliç haqqında kitab buraxdırmağa ən nəhs məqam seçmisiniz. Mən əminəm ki, bizi "orada" (Nenaşev barmağını tavana tuşladı) başa düşməyəcəklər.
Bu zaman rəhmətlik Baş katibin ailəsi üzərində qara buludlar sıxlaşmağa başlamışdı. Brejnevin qızı Qalinda Leonidovanı qalmaqallı brilliant oğurluğunda təqsirkar bilərək DTK-da sorğu-suala çəkirdilər. Onun əri Yuri Çurbanovu DİN-dəki vəzifəsindən xaric etmişdilər. Əleyhinə cinayət araşdırma işi başlamışdılar. Odur ki, Nenaşevin eyhamlarını dərhal anladım. Amma Siyasi Büro üzvü Heydər Əliyevin tapşırığını yerinə yetirdiyimi, onun bu kitabın məhz Moskvada nəşr olunmasını təkid etdiyini bildirdim.
- Ona özünüz zəng vurun və öz tərəddütlərinizi bildirin, - "Dövlətnəşrkom"un başçısına dedim.
O, Dövlətnəşrkomun işinə nəzarət edən Siyasi Büro üzvünə zəng vurmaqdan qəti imtina edərək məndən Heydər Əliyevlə bir də danışmağı xahiş etdi.
Ayrılanda Nenaşev "Kitabı buraxacağıq", - dedi:
- Amma Heyder Əliyevi inandırmağa çalışın ki, kitabın tirajını, tutalım, 5 min nüsxəyədək azaltmaq lazımdır.
Əlqərəz, bir qədər sonra mən yenə Əliyevin Kremldəki kabinetinə qədəm qoyub "Dövlətnəşrkom"un sədri ilə söhbətimizi çatdırdım.
Heydər Əliyev başını yellədi:
- Bax, hamı deyir ki, Leonid İliç mənə xoş münasibət bəsləyirdi, yəni mən onun "lyubimçiki" (''əzizi'' - E.A) idim. Məgər iş bundadımı? O, bizim hamımıza, Azərbaycana yaxşı münasibət bəsləyirdi. Respublika iqtisadiyyatı, kənd təsərrüfatının inkişafı üçün nə qədər işlər görmüşdü! Sən axı bunu başqalarından yaxşı başa düşməlisən!
O, köks ötürüb davam etdi:
- Axı, bir insan kimi yaxın olduğun adamın xatirəsinə dönük çıxmaq kişilikdən deyil!.
Beləliklə, Heydər Əliyevin təkidi sayəsində Sovet İttifaqında L.İ.Brejnev haqqında səmimi hörmət və rəğbətlə bəhs edilən bəlkə də sonuncu kitab işıq üzü gördü. Baş katibin xatirəsinə bu hörmət izzəti Heydər Əliyevin qalan ömrü boyu qorunub saxladı...".
Elmira Axundova",
ŞƏXSİYYƏT VƏ ZAMAN",
Bakı 2007.səh 411-413
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."