07-05-2016 [16:55]
"Biz bilirik ki, PYD bir gün Rusiya ilə eyni yataqda olmaqdan məmnun qalmayacaq”.
Kürd separatçılarını xeyli pəjmürdə edəcək bu sözləri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik Stiv Varren deyib.
Polkovnik bu "izdivacın" baş tutmamasının səbəbini isə Rusiya ilə PYD-nin maraqlarının üst-üstə düşməməsiylə əsaslandırıb: "Rusiya ilə PYD-nin maraqları bir-biriylə uyğun deyil”.
Qeyd edək ki, PYD PKK-nın Suriya qanadıdır. Bu zamana qədər Türkiyənin irəli sürdüyü bu iddiaları ABŞ qəbul etmir, bu iki təşkilatı bir-birindən ayırı görürdü. Son zamanlar isə super gücün bu mövqeyi xeyli dərəcədə dəyişmiş, Türkiyənin tezislərinə yönəlmə hiss olunmuşdu.
Bir müddət əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter jurnalistlərin suallarını cavablandırarkən açıq şəkildə PYD-ni PKK-nın şaxəsi adlandırmışdı.
Fikrimizcə, Pentaqon yetkililərinin mövqe dəyişikliyi heç də həqiqəti gec dərk etməkdən doğmayıb. Sadəcə, son zamanlar PYD ilə Rusiyanın arasında yaranan əlaqələr kürd separatçılarının ABŞ-ın "qara siyahı"sına düşməsi üçün kifayət edib.
Rusiya-PYD əlaqələri xüsusilə Türkiyənin rus təyyarəsini vurmasından sonra daha çox isinməyə başlayıb. Ankaradan qisas almaq istəyən Rusiya NATO qüvvələrilə üz-üzə gəlməkdən çəkindiyindən "saman altından su yeritməklə" öz niyyətini həyata keçirməyə çalışmış, bunun üçün isə kürd faktorundan yararlanmaq eşqinə düşmüşdür.
Məlumatlara görə, Moskva separatçılara silah verməklə kifayətlənmir, həmçinin, öz hərbi mütəxəssislərini göndərib onlara təlim keçir. Bəzi hallarda hətta rus mütəxəssislərinin PKK və onun Suriya qanadının cərgəsində Türkiyəyə qarşı vuruşduğu bildirilir. Təsadüfi deyil ki, bir müddət əvvəl Moskvada PKK-nın rəsmi ofisinin açılmasına belə, icazə verilmişdi.
Ekspertlər Rusiyanın bu "kürdsevərliyini” öz hədəfinə çatmaq üçün ondan istifadə etmək kimi qiymətləndirirlər. Mülahizələrə görə, Moskva Türkiyəyə istədiyi zərbəni vurduqdan və Ankaranın masaya oturmasını təmin etdikdən sonra kürd separatçılarının arxasından çəkiləcək. Çünki perspektiv planda kürdlərin öz müstəqilliklərini elan etməsi Moskvanın da işinə gəlmir: Bununla həm Rusiyanın Yaxın Şərqdə əsas müttəfiqi hesab olunan Bəşər Əsəd Suriyasının torpaq bütünlüyü pozulur, həm də Latakiya hava və Tartus dəniz hərbi bazaları ərtafında, ümumi götürdükdə isə Aralıq dənizinin şərq sahillərində qeyri-müəyyənlik artır. Sözsüz ki, bu qeyri-müəyyənliyi öz hərbi-strateji maraqları üçün təhlükə hesab edən Rusiyanın sona qədər kürd separatçılarının arxasında dayanması, həqiqətən də, mümkün görünmür.
Pentaqon yetkilisi də, yəqin, bu məntiqdən çıxış edərək, Rusiya-PYD izdivacının perspektivinə inanmır(Strateq.az).
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR