Medvedyev Artur Rasizadəyə teleqram göndərib

img

07-05-2016 [14:31]


Rusiyanın baş naziri Dmitri Medvedyev Böyük Vətən Müharibəsi Qələbəsinin 71 illiyi ilə bağlı azərbaycanlı həmkarı Artur Rasizadəyə təbrik teleqramı göndərib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məktubda bildirilir ki, keçmiş sovet ölkələri gələcək nəslin azadlıq və xoşbəxtliyi üçün vətən uğrunda canlarından keçmiş xilaskar döyüşçülərin böyük rəşadətləri barədə daim xatırlayır. O əminliyini bildirib ki, döyüş meydanındakı dostluq və qardaşlıq ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün etibarlı əsas təşkil edəcək.

Təbrik məktubu Azərbaycanla yanaşı, digər MDB ölkələrinin baş nazirlərinə də göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA