06-05-2016 [20:41]
"Oqtay Gülalıyevin məktubundan məlum olur ki, Milli Şura kimləri məsləhət bilibsə, məhz onlar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyasına (MSŞT) seçiliblər”.
Bunu "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı son günlər MSŞT ətrafında baş verən qalmaqala münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Milli Şuranın məsləhət bilmədiyi şəxslər koalisiyadan kənarda qalıblar: "Oqtay Gülalıyev yazıb ki, bizim istədiyimiz adamlar sizin köməkliyinizlə şurada seçildilər. Əgər siyasi partiyalar birləşib belə bir oyun aparıblarsa, bu, çox biabırçılıqdır. Oqtay Gülalıyevin də məktubu bunu sübut edir ki, məsələ Milli Şurada müzakirə olunub və ona həvalə edilib. Səhvdirsə desin ki, Mirvari səhv deyir”.
M.Qəhrəmanlı son seçkidə QHT sahəsindən xəbərsiz adamların Koalisiyaya üzv seçildiyini bildirib:
"Bizim təşkilat İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının təsisçilərindən biridir. 12 ildən artıqdır ki, bu koalisiyasının üzvüdür. Təşkilatımız bu sahədə sırf peşəkardır. Bu dəfə də namizədliyimi verdim. Sonra çox təəccüblü bir hal alındı. Mart ayında adını çəkmək istəmədiyim həmkarlarımızdan biri (Müsahib ad çəkməsə də, üstüörtülü eyham vurulan şəxsin Qubad İbadoğlu olduğu şübhə doğurmur. Yada salaq ki, bir neçə ay ABŞ-da yaşayan Qubad bəy mart ayında ölkəyə geri döndü- MİA.AZ) ölkəyə qayıdandan sonra çox şiddətli proseslər getdi. Ömründə adını eşitmədiyim təşkilatlar hamısı "biz də varıq” deyə səs çıxardılar. Açığı buna fikir vermədim, namizədlərin sayı çoxaldı. Koalisiyasının iclasında müxtəlif mövzular üzrə 5-6 nəfər çıxış elədi. İçəri girəndə mən zaldakıların çoxunu tanımadım. Düşündüm ki, geridə qalmışam, təşkilatlarla yaxşı maraqlanmamışam... Seçki günü prosesin sonuna kimi dözmədim. Evə qayıdanda aldığım məlumatlardan çox təəccübləndim. Sahədən xəbərsiz olan adamlar üzv seçiliblər. Məəttəl qaldım. Sonradan isə Mehriban Vəzirin açıqlamasını oxudum”.
M.Qəhrəmanlı sözügedən koalisiyanın artıq siyasiləşdiyini düşünür: "Oqtay Gülalıyev 5-6 il bundan əvvəl koalisiyada idi, sonra isə çəkilib siyasətlə məşğul oldu. Onun məktubunu oxuyanda bizə hər şey aydın oldu. Qruplaşma yaranıb və həmin qruplar müxtəlif siyasi arenanın adamları ilə bir araya gəliblər. Bir siyahı hazırlanıb. Həmin siyahı təşkilatlar arasında paylanılıb. Bu da bir yana, məni narahat edən daha bir məsələ var. O da koalisiyanın siyasiləşməsidir. Mən Milli Azadlıq Hərəkatının iştirakçısıyam. Kim nə deyir desin, həmin adamların 80 %-ni tanıyıram və bilirəm ki, kimin nə fəaliyyəti var. Oqtayın Milli Şuraya yazdığı məktub mənə çox ağır təsir bağışladı. Anladım ki, Oqtay adını çəkmək istəmədiyim bir qrup adamla ortaq məxrəcə gəlib. Özü çox yaxşı bilir ki, söhbət kimdən gedir. Belə aydın olur ki, siyahı Milli Şura ilə razılaşdırılıb. Olmaz belə şey. Milli Şuraya hörmətim var. Amma Koalisiyanı siyasiləşdirmək olmazdı. Bu, bizim ziyanımızadır. Orada siyasi bəyanatlar səsləndirilə və vətəndaş cəmiyyətinə yenidən basqı oluna bilər”.
M.Qəhrəmanlının fikrincə, O.Gülalıyevin bəyanatında təəccüb doğuran ikinci məqam 400 min manat məsələsidir: "Xarici ölkələrdən pul ayırmazlar. Azərbaycan hökuməti ayırıbsa kimin vasitəsi ilə ayırıb? Məhz Mehriban xanım bu sualı Əliməmməd Nuriyevə yönəldib. Haqqı da var. Çünki Əliməmməd Nuriyev Koordinasiya Şurasının koordinatorudur. Mehriban xanımın bu sualı Milli Şurada çox qıcıq törətdi. Deməli, burada reallıq var. Əliməmməd bəy düşünür ki, belə bir vəsait ayrılmayıb. 400 min manatın hansı mənbədən ayrıldığı aydınlaşdırılmalıdır. Bunu mən də bilməliyəm ki, kim və niyə ayırıb? Koalisiyada Oqtay birdən-birə peyda oldu. Birdən-birə başqa biri ilə əlaqəyə girib şuranı ələ keçirməyə çalışdı. Bunlar hamısı müəmmalardır. Məhz bunları Oqtay yazdığı üçün cavab verməlidir. Oqtay bunu sübut eləməlidir. Çünki bunu o, deyib. Əgər sübut edə bilmirsə, o zaman Əliməmməd bəy düz deyir, o, məhkəməyə verilməlidir. Yox, Əliməmməd bəy məsələnin üstündən keçsə, onda mən ona sual verəcəyəm ki, bu 400 min kimə verilib? Əliməmməd bəy koordinator olub və həmin koalisiya üçün çox işlər görüb. Ona görə də bu məsələdə iki nəfər cavab verməlidir. Biri sübut eləməlidir, biri də tələb”.
AzNews.az
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."