Atəşkəs sazişinə ciddi əməl etməlidirlər" - Amerikalı həmsədr

img

06-05-2016 [14:09]


"Dağlıq Qarabağ münaqişəsi tərəfləri münaqişənin hərtərəfli sülh nizamlanmasına nail olunması üçün atəşkəs sazişinə ciddi əməl etməlidirlər".

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, bu, ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi kimi mövqeyidir: "Dağlıq Qarabağ münaqişəsi hərbi yolla nizamlana bilməz".

Bəzi erməni məmurların Ermənistanın nüvə silahının olması barədə bəyanatlarını şərh edən C.Uorlik qeyd edub ki, nüvə və radioaktiv materialların təhlükəsizliyi nüvə terrorçuluğunun qarşısının alınması işində vacib elementdir: "ABŞ nüvə materiallarının qanunsuz yerdəyişməsi hallarının qarşısının alınması, aşkarlanması, cavab tədbirlərinin görülməsi sahəsində qabaqcıl ölkələrlə əməkdaşlıq edir". 

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA