"Vəziyyət çox ciddidir və qərarlar çox ağrılı olacaq” - Erməni deputat

img

05-05-2016 [17:15]


"Azərbaycan kifayət qədər ciddi əsaslar hazırlayıb, beynəlxalq təzyiqə öz hüququnu təsbit edən sənədlərlə cavab verə bilər. Bu, təhlükəni artırır".

Axar.az 1in.am-a istinadən xəbər verir ki, bu sözləri Qarabağın müstəqilliyinin tanınmasından danışan Ermənistan parlamentinin deputatı Suren Zolyan deyib.

Deputatın fikrincə, hakimiyyət münaqişənin həlli məsələsində dəqiq formalaşdırılmış yanaşma irəli sürmür, xalqı bir şəxs və ya hakimiyyət ətrafında birləşdirəcək addımlar atılmır, hakim siyasi komandanın fikirləri bir-birini inkar edir:

"Hələ ki məsələ müzakirə mərhələsindədir, hətta Ermənistan Respublika Partiyası elitasında. Əgər biz Ermənistan Respublika Partiyasının nə təklif etdiyini bilmiriksə, nəyin ətrafında birləşməliyik? Problem ondadır ki, deyəsən, onlar məsuliyyətdən yayınırlar. Vəziyyət çox ciddidir və qərarlar çox ağrılı olacaq”.

Onun sözlərinə görə, hakimiyyətin artıq öz üzərinə məsuliyyət götürməli olduğu vaxt yetişib.

Xatırladaq ki, Ermənistan hökuməti Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsi müzakirə edilib, Ermənistan parlamentinə göndəriləcək.

Qarabağın tanınması ilə bağlı qanun layihəsini müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyan təqdim ediblər.

Azərbaycan bu qanun layihəsini kəskin tənqid edib. Rəsmi Bakı İrəvanın bu addımla Dağlıq Qarabağla bağlı bütün sülh danışıqlarının üstündən xətt çəkəcəyini açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA