05-05-2016 [16:07]
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Asif Kurban Mia.az saytına müsahibə verib. A.Qurban müsahibədə İranda keçirilən son parlament seçkilərindən və gələcək planlardan danışıb.
- Asif bəy, Dünya Azərbaycanlılar Konqresi olaraq Güney Azərbaycanda kecirilən seçkinin nəticələrin necə dəyərləndirirsiniz?
- Xalqın iradəsi Urmiyada öz sözünü dedi. Bu şəhərdən üç Azərbaycan türkü millət vəkili seçildi. Sizə elə gəlmir ki, rejimin bütün qadağalarına rəğmən, xalq artıq sözün deyir? Nəticələri bütün basqılara və qadağalara rəğmən qənaətbəxş hesab etsəm də yetərli olaraq görmürəm. Güneydəki bacı-qardalarımızın hansı cətinliklər altında siyasi mübarizə apardığıni söyləməyə gərək yoxdur. Onsuzda hər şey göz qabağındadır. Fəallara olan təyziqlər, həqiqət olmayan uydurma ittihamlarla həyata keçrilən həbslər, edamlar bunu sübut edir. Amma bütün bunlar Güneydəki Azərbaycan türklərini hec bir zaman haqq mübarizəsindən cəkindirməyib. Zaman- zaman tək başlarına qalıb, haqlı mübarizələrini davam etdirən soydaşlarımız xaricdən gələn yardıma göz tikmədilər. Səttarxan hərəkatıyla azadlığı yaşayan qardaşlarımız bu yolda mübarizələrini durmadan davam etdirməkdədirlər. Dünya Azərbaycanlıları Konqresi olaraq Güney Azərbaycandakı fəallarımızın fəaliyətini yüksək dəyərləndirməklə yanaşı, onların haqq səsini dünyaya catdırmaqda da maraqlıyıq. Və hesab edirəm ki, hər tərəfdən blokadaya alınan soydaşlarımızın səsi olmalıyıq. Cərəyan edən hadisələri yaxından izləyən biri olaraq deyə bilərəm ki, bütün qadağalar, əngəllər xalqımızın nəyinki iradəsin qıra bildi, əksinə daha da bir- birinə bağlanmasına gətirib cıxartdı. Hec bir qadağa, təyziq haqq səsini batıra bilməz. DAK adından və şəxsim adından Güneydəki qardaşlarımızı təbrik edirəm. Güneylə bağlı fəaliyyət göstərən bütün təşkilatlarla sıx əməkdaşlıq etməkdə maraqlıyıq və hazırıq. Biz birlikdə güclüyük. İran dövləti Güney Azərbaycan gerçəkliyini görməli və orada yaşayan soydaşlarımızın haqlarını özlərinə qaytarmalı və sayğı göstərməlidir. Ana dilində təhsilə, mədəniyyətə və mətbuata icazə verilməlidir.
- Güneydə yaşayan Azərbaycan türkləri Türk dilinin rəsmi dil olmasıyla bağlı ciddi adımlar atmağa başladılar. DAK olaraq İrandakı xalqımızın xaricdə səsi ola biləcəkmisiniz? Bu istiqamətdə hansısa planlarınız varmı?
- Bu təklif Güney Azərbaycanda yaşayan 35 milyona yaxın türkün haqlı istəyidir. 300 min erməniyə verilən haqla müqayisə etdikdə, ermənilərin daha çox haqlarının qorunduğunun şahidi oluruq.
İran dövləti sanki bu ölkədə türk yaşamırmış kimi davrandığı halda, ermənilərə öz dillərində məktəb, qəzet və jurnallar, hətta universitetlərində belə erməni dilində bölmənin yaradılmasına icazə verib. Hansı ki, türklər keçmişdə və indinin özündə İranın inkişafında çox önəmli rola sahibdir. İran dövlətinə Azərbaycan türklərinin xidmətləri danılmazdı. Bu istər dövlət idarələrində, istər elm, istər incəsənət, istər idman, istərsə də digər sahələrdə özünü qabarıq şəkildə göstərməkdədir. Buna rəğmən xalqımızın millət olaraq hec bir haqqı tanınmayıb. Hətta türk dilində danışanlar belə cox zaman ciddi şəkildə təqib və təzyiqlərə məruz qalıb. Bu qədər basqılara baxmayaraq Cənubi Azərbaycandakı soydaşlarımız ana dillərini unutmadılar. Cünki Güneydəki analar övladlarına laylanı öz dilində deyiblər. Övladların yetişməsində güneyli analarımızın rolu danılmazdı. Onlar qarşılarında baş əyilməyə layiq əsl analardır.
DAK olaraq biz dünyada yaşayan bütün azərbaycanlıların təmsilçisiyik. Harada yaşaması, hansı düşərgədə olması önəmli deyil. O üzdən də təşkilatımızda təmsil olunan hər kəs, bu gün Güney Azərbaycan türklərinin yanındadır. DAK-da olan təşkilatların fəaliyyətini yaxından izləsəniz bunu görə bilərsiniz. Hesab etmirəm ki, bizdən öncəkilər Güney Azərbaycanın problemiylə maraqlanmayıblar. Onlar da bu sahədə müəyyən addımlar atmışdılar. Amma onu da etiraf edək ki, bəzi məqamlarda bu məsələ İranla Azərbaycanın müstəvisinə cıxarıldığından, problemin qabardılmasında axsamalar olurdu. O isə bizlər məsələni iki ölkə arasındakı problemə deyil, orada yaşayan insanlarımızn tapdanan haqlarına doğru yönləndirməliyik. Millətimizin əzilməsinə kimsə icazə verməməlidir. Və təşkilat olaraq da İranın öz maraqları naminə bunu dövlətlər arası problemlərə gətirib çıxarmasına da qarşıyıq.
Çünki, son zamanlar İran-Azərbaycan əlaqələrində yaxınlaşma müşahidə olunur. Bunu ölkə başçımız cənab İlham Əliyevin İrana etdiyi son səfərində və orada imzaladığı müqavilələrin fonunda açıq-aydın görmək olur. Azərbaycan dövləti hec bir zaman İranın daxili işinə qarışmayıb. Və siyasi əxlaq yönündən də ən doğrusunu edir. Amma biz təşkilat olaraq İrandakı soyaşlarımızın tapdalanan haqlarına öz etirazlarımızı bildirməliyik və bildirəcəyik də.
Bizim Qarabağ məsələsiylə bağlı olan həssaslığımız Güney Azərbaycanla da bağlıldır. Bu yöndə yaxın günlərdə tədbirlərimiz olacaq. Onu da xatırladım ki, keciriləcək tədbirlərlə yanaşı işimizi bitmiş hesab etməməliyik. KİV və sosial şəbəkələr bizlərə verilmiş bir fürsətdir. Yetər ki, ondan səmərəli istifadə edə bilək. Hər bir azərbaycanlı istifadə etdiyi səhifəsində bir cümlə cənublu qardaşlarımızın haqlarıyla bağlı yazarsa bu böyük səs gətirər. Hər kəsin öz yaşadığı ölkənin dilində yazması da vacibdir. Yaxın günlərdə DAK-ın bununla bağlı bir kampaniyası olacaq. Azərbaycanlıyam deyən hər kəs Güneydəki 35 milyonun səsi olsun deyə yola çıxsın. İranın daxilində onlarla bərabər fəaliyyət göstərə bilməsək də onların haqq səsini dünyaya catdırmaq borcumuz olmalıdır. Bu dəstəyin onların apardıqları haqlı mübarizəyə inam və güc qatacağına əminəm.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."