05-05-2016 [15:53]
Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu partiyanın mayın 22-nə təyin olunan fövqəladə qurultayında bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Ə.Davudoğlu bunu keçirdiyi mətbuat konfransında bildirib. O, əvvəlcə baş nazir vəzifəsində çalışdığı 20 aylıq dövrlə bağlı hesabat xarakterli çıxış edib, daha sonra isə partiyanın yeni bir mərhələ ərəfəsində olduğunu söyləyərək fövqəladə qurultay qərarını diqqətə çatdırıb. (APA)
Ə. Davudoğlu partiya lideri və baş nazir vəzifəsindən getməsinin səbəbini belə izah edib: "Xalq sual verə bilər ki, son parlament seçkilərində uduzan müxalifət partiyalarının liderləri öz vəzifələrində qaldığı halda, 49,5 faiz və 24 milyon insanın səsini almış bir siyasətçi niyə vəzifədən gedir? Haqlı sualdır. Bizim dönəmimiz uğur dönəmidir. Bir uğursuzluq və ya peşmanlıq söhbət mövzusu deyil. Bəs niyə bu qərarı qəbul etdim? Həyat insana çox şey öyrədir. Mənim öz prinsiplərim var. Doktorluq müdafiə edərkən professor olmağı hədəflədim, amma vaxtı çatmadan bunu istəmədim. Tutduğum vəzifələrin heç birini özüm tələb etmədim. Heç bir vəzifə üçün lobbi çalışması aparmadım. Konsensus olmayan yerdə partiyanın başqanı vəzifəsinə yenidən namizəd olmaq istəmirəm. Mən yola birlikdə çıxdığım dostlarımın mənimlə bərabər olmalarını, mənimlə bərabər olmağı istəmədikləri zaman isə bunu mənə söyləmələrini həmişə üstün tutmuşam”.
Ə. Davudoğlu yerli təşkilatların rəhbərlərini təyin etmək və onları vəzifədən çıxarmaq səlahiyyətinin əlindən alınması barədə partiya rəhbər orqanının 29 aprel tarixli qərarına xüsusi toxunub: "Partiyanın rəhbər orqanının son toplantısında baş verənlər çox önəmlidir. Əslində həmin təklif üçün ilk imzanı mən atdım. Ancaq bu məsələdə istifadə edilən metodun dostyana olmadığını gördüm. Apardığım məsləhətləşmələr nəticəsində dostları dəyişməkdənsə, başqanın dəyişməsinin daha doğru olacağını düşündüm. Namizədliyimi verməyəcəyəm”.
Ə. Davudoğlu AKP-də millət vəkili kimi fəaliyyətini davam etdirəcəyini və prezident Ərdoğana qarşı çıxış etməsinin mümkün olmadığını, onunla hər zaman dost qalacağını vurğulayıb. O, partiyada birlik və bərabərliyi qorumağa çağırıb.
Beləliklə, Ə. Davudoğlunun AKP sədrliyi və baş nazir vəzifəsindən istefası dəqiqləşmiş olub.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR