05-05-2016 [14:37]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətin, eləcə də AKP-nin işinə tez-tez və yersiz müdaxilələri ölkənin baş naziriylə yollarının ayrılmasına gətirib çıxarıb.
Dünən iki liderin 1 saat 40 dəqiqə çəkən görüşləri də Ankara kulislərində uzun illər bərabər gedilən yolun son nöqtəsi kimi qəbul olunur.
Strateq.az-ın bildirdiyinə görə, Ankara kulislərində baş nazir Əhməd Davudoğlunun bu gün saat 12-də AKP-nin Mərkəzi Qərarvermə və İdarəetmə Təşkilatını (İdarə Heyəti ) toplayacağı, yığıncaqda partiyanın növbəti qurultayını çağıracağı gözlənilir.
Keçirilməsi planlaşdırılan qurultayda partiyanın bundan sonrakı liderinin, dolayısıyla Türkiyənin yeni baş nazirinin müəyyənləşdiriləcəyi güman olunur. Bu isə Əhməd Davudoğlunun istefa qərarından başqa bir şey deyil.
Əhməd Davudoğluyla Rəcəb Tayyib Ərdoğan arasında ziddiyyətin partiyanın yerli təşkilatlarına sədr təyin etmək səlahiyyəti üstündə çıxdığı bildirilir. Belə ki, prezident seçildikdən sonra qanunvericiliyə uyğun olaraq partiyadakı vəzifəsini Əhməd Davudoğluna ötürən Ərdoğan AKP-dəki mövqeyini tərk etmək, xüsusilə də yerli təşkilatların rəhbərlərini dəyişdirilməsini istəmir. Bunu özünə yaxın çevrələrin sıradan çıxarılmasına cəhd kimi qəbul edir, partiya rəhbərliyindəki kadrları ilə dirəniş göstərir.
5 gün bundan əvvəl isə AKP-nin İdarə Heyəti indiyə qədər sədrin müstəsna hüququ olan bu səlahiyyəti ondan alıb öz üzərinə götürmüşdü. İdarə Heyətinin qərarı partiyanın yeni sədri Əhməd Davudoğlunun heysiyyatına toxunmuş və o, istefa anlamına gələn aşağıdakı fikirlərini dilə gətirmişdi: "Nəfsimi ayaqlar altına alar, bir faninin tərk etməyəcəyi düşünülən hər məqamı əlimin tərsiylə geri çevirərəm”.
Baş nazirinin bu sözlərinə Ərdoğanın cavabı da özünü çox gözlətməyib. Prezident muxtarlarla (yerli seçkili orqanların rəhbərləri) görüşündə hər kəsi "indiki məqama necə gəldiyi” barədə düşünməyə dəvət edib və özünün seçilmiş lider olduğunu xatırladıb. Prezident açıq şəkildə Davudoğlunun adını çəkməsə də, kulislərdə bu daşın baş nazirə atıldığı və ona kimin sayəsində indiki məqama yüksəldiyinin xatırladıldığı güman olunur.
Bu minnətdən sonra hər kəs ziddiyyətlərin kəskinləşəcəyini və yolların büsbütün ayrılacağını düşündüyü bir zamanda AKP-nin nüfuzlu şəxsləri araya girib və mübahisənin qurultay qərarıyla həllini təklif edib. Dünən Ərdoğanla Davudoğlunun görüşü də məhz bu məqsədlə keçirilib.
AKP-çilər bu görüşü hər həftə keçirlən adi bir yığıncaq kimi təqdim etsələr də, kulislərdə başqa iddialar dolaşır. İddialara görə, AKP hakimiyyətinə daha çox zərər vurmamaq üçün liderlər "kartlarını” qurultayda ortaya qoymağa qərar veriblər. Prezidentlə baş nazirin hər həftənin cümə axşamı keçirilən rutin görüşlərindən fərqli olaraq bu dəfə bir gün əvvəl bir araya gəlmələri toplantının həqiqətən adi yığıncaq olmadığını təsdiqləyir. Böyük ehtimalla, qurultaydan sonra ya baş nazir istefaya gedəcək, ya da partiya əvvəlki qaydada idarə olunacaq. Qurultayın bu ayın sonlarında keçirilməsi düşünülür.
İlk baxışdan partiyaya təyinat üstündə çıxmış kimi görünən bu insidentin daha dərin səbəbinin olduğundan bəhs edilir. İddialara görə, Türkiyənin prezident üsul-idarəsinə keçməsini istəmədiyinə görə Davudoğlunun Ərdoğanla münasibətləri korlanıb. Və Ərdoğan öz sərhədsiz hakimiyyəti üçün qarşısına çıxan "doğmalarını” belə, sıradan çıxarmağa qərar verib.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR