05-05-2016 [14:29]
Mehriban Vəzir Milli Şuradan çıxarılıb.
Milli Şuradan Mia.az-a verilən məlumata görə, o, qurumun Əsasnaməsinə zidd fəaliyyət göstərdiyi üçün belə bir qərar verilib.M.Vəzirin Milli Şuradan çıxması barədə qərarqurumun Koordinasiya Mərkəzinin dünən keçirilmiş iclasındaqəbul olunub.
Mehriban Vəzir Milli Şuradan çıxarılmasının səbəblərini açıqlayıb. M.Vəzir apa-ya açıqlamasında bildirib ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası aprelin 30-da Koalisiyalar Şurasına seçki keçirib: "Şura üzvü 11 nəfərdən ibarətdir və namizədlər 30 nəfəri keçmişdi. Həmin namizədlərin içərisində mən də vardım. Seçkilər çox demokratik keçirildi və heç bir qanun pozuntusuna yol verilmədi. Biz seçkinin nəticələrini tanıdıq. Lakin bununla belə seçkinin nəticələri çox əcaib görünürdü. Nəticələri analiz edəndə məlum oldu ki, respublikada və dünyada öz sahəsi üzrə tanınan ekspertlər bu seçkidə 20 səs, lakin Koalisiyanın iclasında ilk dəfə iştirak edənlər daha çox səs toplayıb. Ertəsi gün elektron poçtumda bir məktub gördüm. Həmin məktubda Oqtay Gülalıyev Milli Şuraya hesabat verirdi. Bu hesabat yalan və böhtanla dolu idi. İddia edirdi ki, guya hakimiyyətin iki planını darmadağın ediblər, nəhəng koalisiyanın QHT-yə çevrilməsinə imkan verməyiblər, hakimiyyət guya bu işə 400 min manat ayırıbmış bunlar ona imkan verməyiblər və s. Sonunda da o onların qrupu seçildiyi üçün Milli Şuranın rəhbərliyinə təşəkkür edib. Mən bunları oxuyandan sonra narahat oldum və məktubu koalisiyanın şəbəkəsinə göndərdim. Keçmiş kordinator Əliməmməd bəydən aydınlaşma istədim ki, bu nə 400 min məsələsidir? Milli Şura da atmış olduğum bu addımı səbəb gətirir ki, nizamnaməyə zidd hərəkət etmişəm və daxili şəbəkədə olan bu məktubu yayımlamışam. Lakin Milli Şura məndən heç bir izahat istəmədi. Bu, Milli Şuraya, Oqtay bəyin özəl həyatına aid deyil, sırf koalisiyaya və eyni zamanda mənə toxunan məsələdir. Bizi hansısa korrupsiya əməlində ittiham edirdilər. Ona görə mən bu məsələyə aydınlıq gətirmək istəyirdim. Milli Şura da aydınlıq istəmək əvəzinə məni şuradan çıxartdı. Bu qədər”.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."