Qarabağda daha 2 erməni hərbçinin meyiti tapıldı – düşmən itkilərini gizlədir

img

05-05-2016 [00:41]


Ermənistan işğal altındakı Azərbaycan ərazilərində daha iki hərbçisinin öldüyü barədə məlumat yayıb. Məlumatdan belə aydın olur ki, erməni hərbçilərinin meyiti mayın 3-də aşkarlansa da, onların adları yalnız bir gün sonra açıqlanıb. Meyiti tapılanlar 19 yaşlı Koryun Arutyunyan və İqor Akopyandır.

Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, ölən hərbçilərin meyitinə baxış keçirilərkən onların üzərində sınıq əlamətləri ilə yanaşı, güllə və qəlpə yaraları da aşkarlanıb. Tibbi ekspertizanın ölümün səbəblərini araşdırdığı deyilir. Əsgərlərin qohumları isə deyib ki, hərbçilər köhnə tikilidə yerləşibmişlər və tikilinin damının çökməsi nəticəsində altına qalaraq ölüblər. Ancaq bədənlərində güllə və qəlpə yaralarının olması düşmən əsgərlərinin sadəcə qəza nəticəsində ölmədiklərini deməyə əsas yaradır. Erməni tərəf tikilinin hansı səbəbdən çökməsini isə ictimailəşdirməyə "ehtiyac görməyib”.

Qəribəsi odur ki, Ermənistanın rəsmi qurumları hərbçilərin Azərbaycan əsgəri tərəfindən məhv edildiyini açıqlamağa tərəddüd edir. Əgər düşmən əsgəri qəlpə və güllə yaralarından ölübsə, onların kim tərəfindən məhv edildiyi aydın olur. İstisna deyil ki, düşmən ölkə bununla onsuz da vahimə içində olan erməni ordu hissələrinin və ictimaiyyətinin diqqətini yayındımaq istəyir.

Yayılan xəbərdə hadisənin baş verdiyi ünvanın konkret göstərilməməsi də çox maraqlı məqamdır. Hərbçilərin Qarabağda öldüyü bildirilsə də, detallı məlumat verilməyib. Yalnız bu qeyd olunub ki, hadisə Djarkna adlı məntəqədə baş verib. Musavat.com-un araşdırmasından aydın olub ki, ermənilərin "Djarkna” adlandırdığı ərazi işğal altındakı Cəbrayıl rayonunun mərkəzidir. Ermənilər bir neçə il əvvəl burada yaşayış məntəqəsi salmağa başlamışdılar. Lakin Azərbaycan ordusunun 2-5 aprel əməliyyatlarından sonra düşmənin məskunlaşma siyasəti tamamilə alt-üst olub. Üstəlik, işğalçı Azərbaycan artilleriyasının zərbələri nəticəsində məhv olan əsgərlərini dağıntılar altından çıxarmaqla məşğuldur.

Yeri gəlmişkən, mayın 4-də Ermənistan parlamentinin qapalı dinləmələrinə çağırılan müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında cəbhədə vəziyyətin çox ağır olduğunu, hər an yeni döyüşlərin başlaya biləcəyini həyəcanlı şəkildə deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA