" Hamı bir nəfər kimi Qarabağda savaşmalıdı" - Pariya sədrindən tələb

img

04-05-2016 [14:31]


"Ermənistanın atom bombası var”. Bu barədə Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan deyib. 

Müasir Müavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, Qrant Baqratyanın dedikləri cəfəngiyyatdab başqa bir şey deyil: 

"Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra ermənilər qorxu içərisindədir. Ona görə də belə sərsəm cəfəngiyyatlar səsləndirməyə başlayıblar. Ermənilər elə zənn edir ki, uydurduqları fantaziyalarla nəyəsə nail olacaqlar. Azərbaycan prezidenti ermənlərlə təmas xəttinin 200 metrliyində gedib müşavirə keçirdi, təbii ki, bu onları çox qorxudub. Ermənistanın heç bir atom bombası yoxdur. Onlarda atom elektrik stansiyası var. 

Onu da biz gedib partlatsaq Ermənistan yerlə bir olacaq. Biz erməni dilini çox yaxşı bilirik, onların ərazilərində yaşayanda evlərinə gediş-gəlişimiz olub. Nəticədə bizdən çoxlu uşaqlar törəyib Ermənistanda. Bizim əsas atom bombalarımız içimizdədir. Onlar imkan vermirlər Qarabağı azad edək. Hazırda bizə birlik lazımdır. Hamı bir nəfər kimi Qarabağda savaşmalıdı.

 Bu gün kasıbın uşaqı gedib ölür, varlının uşaqları isə Türkiyədə, Avropada kef çəkirlər. Biz bir xalq olmalıyıq. Hamı bir nöqtəyə vurmalıdır. Biz nə qədər gözləməliyik? Bundan sonra 10 il də gözləyə bilmərik.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA