04-05-2016 [11:37]
Türkiyə beynəlxalq razılaşmalara üstünlük verir. Lakin lazım gələrsə, Suriyaya quru qoşunları yeridəcəyik.
Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu "Əl Cəzirə” telekanalına müsahibəsində deyib.
Baş nazir bildirib ki, özünü müdafiə etmək üçün Türkiyə istər daxildə, istərsə də xaricdə hər cür tədbir görməyə hazırdır.
Son günlər Suriya ərazisindən Türkiyənin Kilis və Urfa vilayətlərinə raket mərmilərinin atılmasını şərh edən Davudoğlu bildirib ki, Kilisə raket atanlar İŞİD terror qruplaşmasıdırsa və bu əməllərinə davam edərlərsə, onları hədəfə alacaqlar:
"Bizim siyasətimiz hər zaman konkret olub: diplomatiya yolu ilə Suriya böhranını həll etmək. Əsədin leqallığını əsla qəbul etməyəcəyik. Çünki o, hələ də xalqını öldürməyə davam edir, 3 milyon suriyalını Türkiyəyə keçməyə məcbur edib. Belə bir hökumətin leqallığından söhbət gedə bilməz.
Əslində heç bir ölkə Türkiyə qədər İŞİD-lə mübarizə aparmayıb. İŞİD-in sərhədlərimizdə olmasını istəmirik. Suriyanın müxalif qüvvələrini İŞİD-ə qarşı mübarizədə dəstəkləyəcəyik. Hərbi dəstək bundan sonra da davam edəcək”.
Davudoğlu jurnalistin "Beynəlxalq dəstək olmasa belə, Suriyaya quru qoşunları göndərəcəksinizmi” sualını belə cavablandırıb:
"Əslində Birləşmiş Millətlər Təşkilatının İŞİD-lə mübarizəyə dair çox sayda qərarı var. Dolayısı ilə istər özünü müdafiə, istərsə də İŞİD və ya digər terror qruplaşmaları ilə mübarizə aparmaqda bu qərarlar bizi dəstəkləyir. Ancaq biz yenə də beynəlxaq razılaşmalara üstünlük veririk. Çünki İŞİD bütün dünyanı maraqlandıran məsələdir”.
"Əl Cəzirə” müxbiri növbəti sualını Rusiya ilə bağlayıb.
Jurnalist deyib ki, Türkiyə Suriyadakı türkmən bölgələrinə girərsə, Rusiya buna qarşı çıxacaq. Rusiya Türkiyə qüvvələrini havadan vura bilərmi?
"Bu ssenari doğru deyil. Bu torpaq rus torpağı deyil. Rusiya BMT-nin daimi üzvlərindən biridir. Bir az əvvəl dediyim kimi, BMT-nin İŞİD-lə mübarizəyə dair qərarları var. Burada əsas məsələ torpaqlarımızın təhdid altında olmasıdır. Biz Rusiya daxil, heç bir ölkəni qarşımıza almaq istəmirik. Ancaq söhbət milli təhlükəsizliyimizdən gedəndə lazım olan hər cür tədbiri görəcəyik. Burada İŞİD-in təhdidi ilə qarşı-qarşıya olan Rusiya deyil, Türkiyədir”, - deyə Davudoğlu cavab verib.
ANS
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR