İqbal Ağazadənin müavini istefa verdi - Şok bəyanat

img

03-05-2016 [21:45]


"Mən, Həcər Abbaslı bu gündən "Ümid" partiyası sədrin gender məsələləri üzrə müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verdiyimi bəyan edirəm".

Bu açıqlamanı Mia.az-a "Ümid" partiyasının sədr müavini Həcər Abbaslının özü bildirib.

O, istefasının səbəblərini belə izah edib: 

"İstefama partiyadaxili qərarların demokratik yolla qəbul edilməməsi, partiya daxili idarəciliyinin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, prespektivi və ümüm komanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəmnində aparılması, ən əsası isə Azərbaycan Respublikası Milli Məclisinə 2016-cı il 18 İyun təkrar seçkilərində iştirak qərarım və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmcinin sədrin özünün namizədliyinin partiya rəhbərliyi ilə müzakirə etmədən gizlin irəli sürməsi oldu.

Həcər Abbaslının namizədliyi qeydə alındı

Həcər ABBASLI

Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm".  

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA