03-05-2016 [11:17]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Mia.az xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olunub.
Toplantı iştirakçılari son günlər erməni silahlı qüvvələrinin elan olunmuş atəşkəs rejimini ardıcıl olaraq pozması, mülki vətəndaşların ölümü, çoxsaylı yaşayış evlərinin dağıdılması ilə nəticələnən hərbi hücumların davam etməsi ilə bağlı məsələyə münasibət bildirib. Dinc əhaliyə qarşı hücumların hətta müharibə dövründə belə beynəlxalq cinayət olduğuna diqqət çəkən partiya yetkililəri hakimiyyəti, təcavüzkar Ermənistanı bu cinayət əməllərinə görə beynəlxalq məhkəməyə verməyə və dünya dövlətlərini bu məsələdə Azərbaycanla həmrəy olması üçün ciddi addımlar atmağa çağırııb. İdarə heyəti Ermənistanın döyüşlərin dayandırılması üçün irəli sürdüyü əlverişsiz şərtlərə cavab olaraq hakimiyyəti, Dağlıq Qarabağda yaşayan, Azərbaycanın yurisdiksiyasına daxil olan erməni icmasına vətəndaşlıq statusunun verilməsindən başqa hər hansı güzəştə getməməyə, ərazi bütövlüyü və suverenlik prinsiplərində sonadək qəti mövqe nümayiş etdirməyə, düşmən hücumlarına adekvat reaksiyalar verməyə, düşməni qətiyyətlə susdurmağa çağırıb. İdarə heyəti həmçinin Müsəlman ölkələrini Azərbaycana qarşı Ermənistanla bir alyansda birləşərək, antimüsəlman mövqe sərgiləyən Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə, Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyini daha ciddi şəkildə müdafiə etməyə çağırıb.
İdarə Heyəri ABŞ konqresində Krımın, Cənubi Osetiyanın, Abxaziyanın Rusiya tərəfindən işğalına cavab olaraq adı çəkilən dövlətə qarşı yeni akt layihəsinin qeydiyyatdan keçirilməsini təqdir edib, ABŞ konqresini bu akta Azərbaycanın Rusiya-Ermənistan hərbi ittifaqı tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonları məsələsinin də əlavə olunmasına çağırıb.
İdarə Heyəti bir neçə Avropa Parlamenti yetkilisinin Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağa qeyri qanuni səfər etməsini beynəlxalq hüquq normalarına zidd olduğöunu bildirib və separatçı rejimin güclənməsinə xidmət edən bu cür hərəkətlərin bölgədə sülhün və əmin-amanlığın pozulmasına yol açdığını diqqətə çatdırıb.
İdarə Heyəti hazırkı şəraitdə hakimiyyəti qərb dövlətləri ilə münasibətlərdə həssas olmağa, qərbin ölkəmizdə insan hüquq və azadlıqlari ilə bağlı tövsiyələrini ciddi şəkildə nəzərə almağa, ölkədə vətəndaş hüquqları sahəsində təcili olaraq geniş islahatlara başlamağa çağırıb.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."