02-05-2016 [23:21]
Bu gün Yeni Azərbaycan Partiyası və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini- İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov. Milli Məclisin deputatı Rəşad Mahmudov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, YAP Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyi və Qadınlar Şurasının sədrləri və YAP fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Müşavirədə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini – YAP sədrinin müavini – İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan olunub. Bu istiqamətdə silsilə tədbirlər keçirilir.
Azərbaycanın dünyada özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Baş nazirin müavini multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkəmizdə multikultural dəyərlərin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübə vardır. Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.
Bildirilib ki, son illər Azərbaycan çox sürətlə inkişaf edir. Bu inkişafın kökündə iqtisadi inkişaf dayanır. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsi olan bu inkişafı təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəranda da görmək olar.
Diqqətə çatdırılıb ki, ölkəmizdəki tolerantlıq mühiti əsasında duran amillərdən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.
Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu bir daha aydın göstərdi.
Azərbaycanda sabitliyin, əmin-amanlığın, dincliyin və rahatlığın hökm sürdüyünü qeyd edən Əli Əhmədov bu sabitliyin qorunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar və dinc yolu ilə həllinə üstünlük verdiyni bildirib. Aprelin əvvəllərində cəbhə bölgəsində qoşunların təmas xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribatla bağlı Azərbaycan Prezidentinin atəşkəsin bərpa olunması barədə təşəbbüsü bunu bir daha təsdiq etdi.
Aprelin əvvəllərində cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərdi.
Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin inkişafımızın və birliyimizin əsasını təşkil etdiyini vurğulayan YAP rəsmisi partiya üzvlərini bu ideologiyaya sadiqli əməli işləri ilə doörultmağa və siyasi həmfikirlərini Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə çağırdı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətində multikulturalizm ənənələrinə geniş yer verilir, azərbaycançılıq məfkurəsi əsas prinsip kimi irəli sürülürdü. Bu gün Lənkəranda Ümummilli Liderin ideyaları və siyasəti öz bəhrəsini verir. Milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan bütün vətəndaşlar özünü Azərbaycanın bərabərhüquqlu vətəndaşı hesab edir, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.
Zona müşavirəsində Milli Məclisin üzvləri Hadi Rəcəbli və Rəşad Mahmudov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Nizami Yusubov, YAP Masallı rayon Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Cəlilabad rayon Təhsil şöbəsinin müdiri Elminaz Nadirova, Biləsuvar rayonu Xırmandalı kənd tam orta məktəbinin direktoru Firudin Hüseynov, Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayazxan Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Zona müşavirəsini Əli Əhmədov yekunlaşdırıb.


"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev