İki partiya sədri görüşdü; Bütün qüvvələrə birlik çağırışı etdilər

img

02-05-2016 [13:06]


Bu gün MMP-nin mərkəzi qərargahında Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov və MMP sədri Hafiz Hacıyev arasında görüş keçirilib.

Mia.az-da daxil olan məlumata görə, görüşdə ölkədə yaranmış iqtisadi siyasi durumla və Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı geniş müzakirə aparılıb. Qərara alınıb ki, bu cür görüşlər bundan sonra da davam etdirilsin. Hər iki partiya sədri Dövlətçiliyin qorunması və Azərbaycanın müstəqilliyi namine birgə addımlar atılmasi barədə razılığa gəliblər.

Bundan əlavə, partiyalar ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatları, partiyaları dövlətçilik və milli maraqlar naminəsıx birləşməyə çağırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA